Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019 Arxiv

HAQQINDA

 

"Qədim Diyar" beynəlxalq elmi jurnal humanitar və ictimai elmlər üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli (Open Access) elmi nəşrdir.

Jurnal 2012-ci ildən dövlət qeydiyyatına alınmış, 2019-cu ildə Beynəlxalq ISSN Mərkəzində (e-ISSN 2709-4197) qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Akademik nəşr sahəsində beynəlxalq tələblərə uyğun olaraq fəaliyyət göstərən jurnal alim və tədqiqatçılara elmi tədqiqatlarını qlobal miqyasda yaymaq imkanı yaradır. 

Jurnal beynəlxalq nəşr normalarına və etik qaydalara uyğun fəaliyyət göstərir, ciddi ekspert rəylərinin və redaksiyadaxili proseslərin düzgün təşkilini təmin edir, eyni zamanda, yeni tədqiqatlara çıxış imkanlarını artıraraq elmi tərəqqinin inkişafını dəstəkləyir.

"Qədim Diyar" beynəlxalq elmi jurnal tədqiqatların qlobal miqyas üçün sərbəst şəkildə əlçatanlığını təmin edərək açıq giriş siyasətinə uyğun fəaliyyət göstərir.

Jurnalda yayımlanan hər bir məqaləyə unikal DOI: 10.36719 təyin edilir. Bu sistematik identifikator məqalələrin elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.    

 

Yayımçı:        Azərbaycan Elm Mərkəzi

                       ISSN: 2706-6185
                    e-ISSN: 2709-4197
                       DOI: 10.36719
 
Əlaqə:           qedim.2012@aem.az
                       info@aem.az