QƏDİM DİYAR
Beynəlxalq Elmi Jurnal
ISSN: 2706-6185
e-ISSN: 2709-4197
DOI: 10.36719
____________________________________________________________________________________
Jurnal humanitar və ictimai elmləri əhatə edir
Jurnal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir
"Azərbaycan Elm Mərkəzi" "Crossref" təşkilatının üzvü olduğu üçün
mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.
Müəlliflərə "Azərbaycan Elm Mərkəzi" tərəfindən Beynəlxalq Sertifikat verilir.
Məqalə çapına dair tələblər
- Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Məqalənin həcmi: 7-25 səhifə arası olmalıdır.
- Müəllif: Müəllifin adı və soyadı (məs.: Yusif Babayev), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
- Xülasə: 150-250 sözdən ibarət olmaqla Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Açar sözlər: 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Tədqiqat
- Nəticə
- Ədəbiyyat: Ədəbiyyat siyahısı 8 mənbədən çox olmaqla əlifba sırası ilə yazılmalıdır. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
- Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Baxşəliyev, V. B. (2007). Azərbaycan arxeologiyası. Elm.
- Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Cəfərov, F. (2024). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda siyasi vəziyyət. Qədim Diyar, 6(5), 6-12. https://doi.org/1036719/2706-6185/35/6-12
- İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Təhməzova, M. (2023, 30 sentyabr). İngilis dilinin fonetik üslubi vasitələrinin təhlili. Aem.az. https://aem.az?newsid=3275
- Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Hacıyev, İ. (tərtibçi). (2010). Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi.
Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Babayev, 2018), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Babayev, 2018, s. 55).
Məqalə çapı ödənişlidir
e-poçt:qedim.2012@aem.az
info@aem.az
___________________________________________________________________________________
Ünvan: Bakı şəh., Mətbuat pr., 529,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
https://aem.az
Tel.: +994 50 209 59 68
+994 99 806 67 68
+994 99 808 67 68
+994 12 510 63 99