Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/48-52

Günel Pirquliyeva

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu

gunel.pirguliyeva@bk.ru

 

Qədim Şabran şəhərində tapılan arxeoloji artefaktlar

 

Xülasə

Arxeoloji qazıntılar nəticəsində göy, mavi, qırmızı, qəhvəyi, narıncı, bəzi vaxtlarda isə ağ rəng­də qabların aşkar olunduğunu görmüşük. Daha çox məişət boşqablarının tapılması ilə müşahidə olunan tapıntılar cürgəndlərin də tapılmasını göstərir. Cürgəndlər kiçik formalı olması ilə diqqət çəkir. Şabran abidəsində tapılan arxeoloji tapıntılar Sasanilər dövrü arxeologiyasında mühüm töhfələr vermiş, şəhər mədəniyyətini formalaşdırmış bir arxeoloji məkandır. Bu məkanda arxeoloji qazıntılar zamanı əldə olunan saxsı qabların növü, forması, rəngi özünəməxsusluğu ilə fərqlənir. Qablar üzərindəki arqumentlər isə həmin dövrün təsviri sənətinə və yazısına marağın olduğunu üzə çıxarır. Qazıntılar zamanı əldə olunan keramik materiallı məişət əşyalarının çoxluğuna və miqda­rına, şəhər əhalisinin sosial vəziyyətinin yaxşı olmasının göstəricisi sayıla bilər. Arxeololji qazın­tılar zamanı təkcə məişət əşyaları deyil, eyni zamanda zinət əşyaları da tapılmışdır.

Açar sözlər: Şabran, abidə, maddi-mədəniyyət nümunələri, saxsı, keramika


Baxış: 64