Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Elyasova Nərmin Rafət qızı
Açar sözlər: multikulturalizm, təhsil, multikultural təhsil
Key words: multiculturalism, education, multicultural education
Ключевые слова: мультикультурализм, образование, мультикультурное образование
 

Qloballaşan dünyada baş verən dəyişikliklər bizə bütün sahələrdə dəyişikliklər etməyə, uğurlu gələcək üçün düzgün addımlar atmağa sövq edir. Bu sahələrdən biri və birincisi təhsil sektorudur. Təhsil insanların həyatına toxunmaq üçün ən təsirli vasitədir. Uğurlu gələcək bir – birini sona qədər dinləməyi bacaran, bir – birinin mənəvi – mədəni dəyərlərinə hörmət etməyi bacaran, tolerant, hörmətcil şəxslərin əlindədir.
Multikultural təhsil, şagirdlərə, tələbələrə sürətlə dəyişən demoqrafik göstəriciləri səbəbi ilə yaranan bir çox problemlərə cavab verən və müəllimlərə yardım etmək üçün hazırlanmış bir təhsil strategiyasıdır. Tələbələrə müxtəlif qrupların, birliklərin tarixi, mədəniyyəti və fəaliyyətləri barədə məlumat verilir, onlarla birgə gələcək cəmiyyətin plüralist olduğu qənaətinə gəlinir. Bu istiqamətdə inklüzivlik, müxtəlifliklik, demokratiya, bacarıqların əldə edilməsi, araşdırma, tənqidi düşüncə, bərabərlik kimi prinsiplər təbliğ edilir. Bu tədris metodunun immiqrantlar arasında tətbiq olunması təhsil müvəffəqiyyətlərinin artırılmasında təsirli olduğu aşkarlanıb.


Baxış: 1548