Arxiv
Elmi iş - 2024
Arzu Ağanəhmət qızı Mirzəyeva
Azərbaycan Tibb Universiteti
müəllim
Mrs.arzu1960@gmail.com
QOŞMALARLA İFADƏ OLUNAN FEİLİ İDİOMLAR
Xülasə
İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. İdioma yunan mənşəli sözdür. Mənası özünəməxsus xüsusiyyətlərə malik ifadə deməkdir. Həqiqi mənalı sözlərin qarşılığı olub onu məcazi məna ilə birləşdirən sabit söz birləşməsinə idiom deyilir. İdiomların ifadə etdiyi məfhum isə başqa söz birləşmələrinə nisbətən daha konkret olur. İdiomlar sözün ekvivalenti, yəni məcazi məna ilə verilən sinonimi kimi dildə özünü göstərir. İdiomlar milli xüsusiyyətlərə malik olduğuna görə hər bir xalqın dilindəki idiomları öyrənməklə həmin xalqın mədəniyyəti, tarixi və yaşayış tərzi ilə yaxından tanış olmaq mümkündür.
İdiomların əsas xüsusiyyətlərindən biri də onların obrazlı emosional ifadələr olmasıdır. Onlar hər hansı bir anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir. İdiomların özünəməxsus kateqoriyaları onu digər dil vahidlərindən fərqləndirir. İdiomlar dilin orijinal vasitəsi, varlığı və zənginliyidir. diomların belə maraqlı xüsusiyyətləri dilçiliyin müxtəlif sahələri ilə məşğul olan alimləri – leksikoqrafları, üslubiyyatçıları, qrammatikləri, folklorşünasları da çox düşündürmüş və onları elmi təhhqiqat işlərinə cəlb etmişdir. Azərbaycan dilində idiomlar ismi və feili olmaqla 2 qrupa bölünür.
Açar sözlər: Qoşma, feili birləşmə, idiom, məcazi məna, obrazlılıq, ifadəlilik
Summary
Idioms in linguistics are given under the word combinations, phraseological combinations, phraseologisms, etc. An idiom is a word of Greek origin. It means an expression with its own characteristics. An idiom is a combination of words that have a real meaning and combine it with a figurative meaning. The concept expressed by idioms is more specific than other word combinations. Idioms manifest themselves in language as the equivalent of a word, that is, a synonym given in a figurative sense. Because idioms have national characteristics, it is possible to get acquainted with the culture, history and way of life of each people by studying the idioms in the language of each nation.One of the main features of idioms is that they are figurative emotional expressions. They often express any concept more effectively and figuratively than individual words. Certain categories of idioms distinguish it from other language units. Idioms are the original means, existence and richness of language. Such interesting features of idioms have made scientists of different fields of linguistics - lexicographers, stylists, grammarians, folklorists think a lot and involved them in scientific research. Idioms in the Azerbaijani language are divided into 2 groups, including nouns and verbs.
Key words: postposition, verb combination, idiom, figurative meaning, figurativeness, expressiveness
Baxış: 584