Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: А.Quliyeva

XX əsr Latm Amerikası ədəbiyyatının nəhəng simalarından sayılan Q.Q.Markesin Nobel mükafatına layiq görülən «Yüz ilin tənhalığı» romanım «miflər dünyasından gəlmə əsər» adlandıranlar da olub, onun fantastikasmdakı kinayəyə, gülüşə dodaq büzənlər də...
Amma xoşbəxtlikdən əsər bütün məziyyətləriylə elə öz zamanında əsl dəyərini alaraq, qaldırdığı problemlərin, dərdin gerçəkliyini bəşəriyyətə bəyan edə bilib.
Qabriel Qarsia Markes, Mariya Varqas Lyosa ilə söhbətində əsərlərindəki qadm probleminə tez-tez toxunur, bəzi məsələlərin vacibliyini vurğulayır... «Kolumbiyada bir tənqidçi var, mənim yazdıqlarımı həddindən artıq diqqətlə oxuyur. Onun müşahidəsinə görə, mənim təsvir elədiyim qadınlar çox etibarlıdır, müdrikdirlər; ailənin dayağı olmaqla yanaşı, həm də hər şeyi nəzarətdə saxlayırlar. Kişilərsə əksinə, ağıllarına gələni eləyirlər, gah müharibələr eləyib, evləri dağıdır, gah kənd salırlar, min həngamədən çıxırlar, bütün səyləri də puça çıxır. Evdə oturub, adətlərin, ilkin dəyərlərin keşiyində dayanan qadının sayəsində, kişilər arxayın olub müharibədə vuruşur, yer-yurd seçirlər, Amerikam məskunlaşdırırlar.., Tənqidçinin; bu fikirlərini oxuyandan sonra mən öz yazılarıma bir də nəzər yetirdim və gördüm ki, həqiqətən elədir... Onda mən «Yüz ilin tənhalığı»nı yazırdım, romanda əsas qadm qəhrəman Ursuladır. Roman «onun üstündə» qurulub...» (1,124)


Baxış: 959