Arxiv
Elmi iş - 2024
Günel Sərdar qızı Əmiri
Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
emirigunel52@gmail.com
Məhbubə Ədil qızı Qulubəyova
Azərbaycan Dövlət Aqrar Universiteti
müəllim
Almazqulubeyli@gmail.com
Nərgiz Şakir qızı Qurbanova
Azərbaycan Dövlət Aqrar Universiteti
müəllim
gurbanovanargiz7@gmail.com
QIŞ DÖVRÜNDƏ AZƏRBAYCAN DAĞ MERİNOSU QOYUNLARININ
ƏLAVƏ YEMLƏNDİRİLMƏSİNİN MƏHSULDARLIĞA TƏSİRİ
ƏLAVƏ YEMLƏNDİRİLMƏSİNİN MƏHSULDARLIĞA TƏSİRİ
Xülasə
Məqalədə Azərbaycan dağ merinosu qoyunlarının qış dövründə yemləndirilməsinin məhsuldarlığa təsirinin qiymətləndirilməsi öyrənilmişdir. Tədqiqat işi Ceyrançöl qışlağında, ADAU-nun “Tədris - təcrübə təsərrüfatın”da, “Zoomühəndislik fakültəsi”nin “Heyvandarlıq məhsullarının istehsalı texnologiyası” kafedrasının laboratoriyasında aparılmışdır. Başqa növ heyvanlara nisbətən Azərbaycanın dağ merinosu qoyunlarının daha çox məhsul verməsi, qaba və şirəli yemlərdən daha yaxşı istifadə etməsi, daha çox bitki növü ilə qidalanmasına (600-ə qədər) görə seçilir. Qış dövründə qoyunlara verilən qranul və doğranıb üyüdülmüş qarışıq yemlərin tərkibində mikroelementlərin və vitaminlərin kifayət qədər olmasına fikir vermək lazımdır. Onlar orqanizmdə maddələr mübadiləsinin və mühüm fizioloji proseslərin normal getməsi üçün əsas rol oynayır. Azərbaycan dağ merinosu qoyunlarının qış dövründə düzgün yemləndirilməsi, yəni onların tələbatını ödəyə biləcək qədər qida maddələri ilə zəngin, müxtəlif çeşidli yemlərlə təmin olunması, orqanizminin normal inkişafı ilə yanaşı yüksək keyfiyyətli heyvandarlıq məhsulları, həm də iri və sağlam balaların alınması deməkdir. Təcrübə və nəzəriyyə təsdiq edir ki, qış dövründə qoyunçuluq sahəsində qarşıya qoyulan vəzifələr yalnız yem bazasının əsaslı surətdə yaxşılaşdırıldığı şəraitdə yerinə yetirilə bilər.
Açar sözlər: qoyun, Azərbaycan dağ merinosu, yemləmə, qranul, doğranıb üyüdülmüş qarışıq yemlər, silos, yonca, ot unu, saman, diri çəkisi, yun məhsuldarlığı
Gunel Sardar Amiri
Mahbuba Adil Gulubayova
Nargiz Shakir Gurbanova
The influencing of additional feeding to the productivity of
Azerbaijan mountain merino during winter times
Summary
It was learned the influencing of additional feeding to the productivity of Azerbaijan mountain merino during winter times. The investigation work was held in Ceyranchol winter quarters, in ASAU`s “Educational Experimental farm”, in the faculty “Zoo engineering” and in the laboratory of department “Producing technology of Cattle breeding products”. Comparing with other sheep Azerbaijan mountain merino is very productivity, used succelend grass and it feed more than 600 plants. It must be given attention to that during winter times in the chopped milled fixed foods must be rich with vitamins and microelements. They have great role in the nourishing things and normal physiological cases. The influencing of additional feeding of Azerbaijan mountain merino during winter times meant that it must be taken quality cattle products and big healthy lambs from them. During the experimental and therotical work affirmed that in winter times for getting great productivity from the sheep breeding we can get more things only in improving of forage reserve of sheep.
Key words: sheep, Azerbaijan mountain merino, feeding, granule, chopped milled mixed foods, silage, luceme, grass flour, chaff, alive weight, wool productivity
Baxış: 685