Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Aytəkin Əfqan qızı Tağıyeva 
Açar sözlər: kurikulum, dərs, inteqrasiya, fəndaxili əlaqə, fəal təlim, interaktiv metod
Key words: curriculum, lesson,integration, intruder contact, active education, interactive method 
Ключевые слова: куррикулум, урок, интеграция, злоумышленник контакт, активное обучение, интерактивный метод
 

Ədəbiyyat təliminə verilən müasir tələblər içərisində biliklərin interasiya zəmnində mənimsənilməsi məsələsi mühüm yer tutur. Müasir dövrdə bilik mənbələrinin sürətlə artdığı bir zamanda yalnız dərslikdəki bu və ya digər mövzu üzrə bilikləri əldə etməklə uğur qazanmaq mümkün düyil. Dərslərin yeni təlim texnologiyalarından istifadə yolu ilə qurulması və eyni zamanda inteqrativ təlim imkanlarının reallaşdırılması zəruri tələb kimi qarşıya qoyulur. 
Bildiyimiz kimi son illərdə təhsil sahəsində bir sıra islahatlar aparılmışdır. Bütün bunlar dünya təhsil sisteminə inteqrasiya ilə əlaqədar olaraq baş vermişdir. Müasir təhsil sistemində inteqrativlik əsas prinsiplərdən hesab olunur. İnteqrativlik təhsilin məzmun komponenetlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Ədəbiyyatın tədrisində inteqrativliyi təmin etmək baxımından fəndaxili və fənlərarası əlaqədən istifadə mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, fəndaxili və fənlərarası əlaqələr sistemli şəkildə həyata keçirilsin. Çünki bu yolla şagirdlərdə yaradıcı düşüncə tərzini, müxtəlif mənbələrdən qazandıqları bilikləri əlaqələndirmək bacarığını formalaşdırmaq mümkündür.


Baxış: 1095