Arxiv
Elmi iş - 2024
Sevinc Yusif qızı Məmmədova
AMEA Nəsimi adına Dilçilik İnstitutu
filologiya üzrə fəlsəfə doktoru, dosent
sevinc-memmedova-65@mail.ru
REKLAM MƏTNLƏRİNDƏ NEOLOGİZMLƏR
Xülasə
Məqalə reklamların dil xüsusiyyətlərinə həsr olunmuşdur. Burada reklamların dilinə xas olan olan əsas cəhətlər göstərilir. Reklam mətninin xüsusiyyətləri, funksiyaları, auditoriyaya təsir vasitələri nəzərdən keçirilir. Qeyd olunur ki, reklam mətninin əsas məqsədi istehlakçını müəyyən məhsulu almağa, müəyyən bir xidmətdən faydalanmağa sövq etməkdir. Reklam mətninin linqvistik xüsusiyyətlərindən bəhs edərkən burada müxtəlif dil vahidləri ilə yanaşı, neologizmlərdən fəal istifadə olunması vurğulanır. Neologizmlərdən həm reklam sloqanlarında, həm də mətndə istifadəyə xüsusi diqqət yetirilir. Yekun olaraq qeyd edilir ki, reklam mətnlərində linqvistik xüsusiyyətlərin rəngarəngliyi bu məsələnin həmişə gələcək tədqiqatlar üçün maraq kəsb edəcəyini göstərir.
Açar sözlər: reklam, sloqan, neologizm, reklam mətni, linqvistik xüsusiyyətlərSevinc Yusif Mammadova
Neologisms in the advertising texts
Abstract
The article has been dedicated to the language features of the advertisements. The main features belonging to the language of advertisement are expressed here. The features, functions of the advertising text, means of influencing to the auditorium are looked through. It is noted that, the main aim of the advertising text is to push the consumer for buying certain product, and benefit from certain service. While dealing with the linguistic features of advertising text, usage from the neologisms besides with different language units is noted here. Special attention is paid to use from neologisms both in the advertising slogans and texts. Finally, it is noted that, diversity of linguistic features in the advertising texts shows assuming the interest of this issue for future researches forever.
Key words: advertising, slogan, neologism, advertising text, linguistic features
Baxış: 655