https://doi.org/10.36719/2706-6185/42/116-119
Əli Novruzzadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0002-3169-2073
Rəqəmsal ticarətin aqrar sahədə rolu və inkişaf istiqamətləri
Xülasə
Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı və qlobal iqtisadiyyatda inteqrasiyası nəticəsində rəqəmsal ticarət aqrar sahənin inkişafı üçün mühüm vasitəyə çevrilmişdir. Bu məqalədə aqrar sahədə rəqəmsal ticarətin mahiyyəti, əhəmiyyəti və onun iqtisadi artıma, məhsuldarlığa və bazar iştirakçılarının fəaliyyətinə təsiri ətraflı şəkildə təhlil edilir. Əsas diqqət rəqəmsal ticarətin kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlarda satışını necə optimallaşdırdığına, müasir texnologiyaların bu sahəyə tətbiqinin yaratdığı üstünlüklərə və qarşıya çıxan çətinliklərə yönəldilmişdir. Bununla yanaşı, rəqəmsal ticarətin inkişaf istiqamətləri və potensial imkanları da müzakirə olunur, xüsusilə kənd təsərrüfatı sahəsində rəqəmsal platformaların genişləndirilməsi, logistika xidmətlərinin rəqəmsallaşdırılması və rəqəmsal savadlılığın artırılması kimi amillər vurğulanır. Məqalədə nəticə olaraq qeyd edilir ki, rəqəmsal ticarət aqrar sektorun dayanıqlı inkişafını təmin edə biləcək əsas vasitələrdən biri olmaqla yanaşı, bazar şərtlərinin şəffaflığını və rəqabət qabiliyyətini də artırır.
Açar sözlər: rəqəmsal, e-ticarət, aqrar sektor, kənd təsərrüfatı, məhsuldarlıq