Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: İslamova Zəhra Rüstəm qızı
Açar sözlər: XVIII əsr, Azərbaycan, Səfəvilər, Rusiya, S.Abramov, rezident
Key words: XVIII century, Azerbaijan, Safavid, Russia, S.Abramov, resident
Ключевые слова: XVIII век, Азербайджан, Сефевиды, Россия, Абрамов, резидент
 

XVIII əsrin ilk yarısı tariximizin mürəkkəb siyasi dövrü olması, Səfəvilərin zəifləyərək tənəzzülə uğraması qonşu dövlətlərin zəngin sərvətli Azərbaycanı öz işğal planlarına daxil etmələrinə və beynəlxalq çəkişmə meydanına çevrilməsinə səbəb oldu. Cənubi Qafqaza göz dikmiş və bu bölgə üçün xüsusi planlar nəzərdə tutan Rusiyanın bu dövrdəki diplomatik fəaliyyəti Azərbaycanın gələcək tarixinə mənfi təsir göstərməyə bilməzdi. Həm Şimal müharibəsi, həm də Osmanlı ilə olan gərgin münasibətlər XVIII əsrin ilk 20 ilində Rusiyaya aktiv fəaliyyət göstərərək Cənubi Qafqaza birbaşa təcavüzə imkanı vermirdi. Bu dövrdə Peterburq sarayının xarici siyasət kursunun Avropaya yönəlməsi Xəzərin və Azərbaycanın unudulması demək deyildi, əksinə təcavüz və sonda işğal üçün yeni imkanlar, yollar axtarılırdı.


Baxış: 987