Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Eyvazova Yasəmən Çingiz qızı
Açar sözlər: təhsil, kollektiv, adaptasiya 
Key words: education,, collective, adaptation
Ключевые слова: образование, коллективно, адаптированный
 
Şagirdlərin bir-birilə qarşılıqlı münasibətlərinin inkişafı bir çox amillərdən, o cümlədən ailə tərbiyəsindən ,böyüklərlə münasibətindən, fərdi xüsusiyyətindən ,təlim fəaliyyətindən və s. amillərdən asılıdır. Bütün bu qeyd etdiyimiz amilər içərisində təlim fəaliyyəti xüsusi yer tutur. Bu amillər də öz növbəsində şagirdlərin kollektivdəki rolunu müəyyənləşdirir. Psixoloqlar məktəb yaşı dövründə fəaliyyət və davranış motivlərini 2 qrupa ayırırlar:
1.Təlim fəaliyyəti ilə bağlı olan idrak motivləri
2.Sosial motivlər
İdrak motivləri bildiyimiz kimi yeni biliklərin qazanılması ilə bağlıdır və əksər məktəblilər üçün xarakterikdir. Bu isə ilk növbədə, kollektivə adaptasiya olunmaq üçün kollektiv həyatı ilə bağlı yeni biliklərin mənimsənilməsinən irəli gəlir. İdrak motivlərinin formalaşmasında daha çox müəllimlər xüsusi əhəmiyyət kəsb edirlər. Müəllimlər şagirdlır tərəfindən hələ tam qavranılmayan idrak motivlərini möhkəmləndirmədikdə şagirdin bu sahəyə olan marağı azalır və tədricən itir və beləliklə şagirdlər gərginlik keçirirlər.
Sosial motivlər isə şagirdlərin kollektivdə mövqe tutmaq, təriflənmək, yaşıdları və böyükləri arasında nüfuz sahibi olması mahiyyətidir. Yaxşı bir şagird olmaq şagirdin məktəbə və dərsə olan marağını artırır və nəticədə şagird çalışır ki, daima dərslətinə hazır olsun, müəllim onu yüksək qiymətləndirsin və tərifləsin.

Baxış: 1396