DOI: https://doi.org/10.36719/2663-4619/84/89-94
Minayə Rəhman qızı Fərzəliyeva
Bakı Avrasiya Akademik Universiteti
bakalavriat
minaye.ferzeliyeva11@mail.ru
ŞƏHİDLƏR BİZİM AND YERİMİZDİR
Xülasə
Düz iki il əvvəl Azərbaycana qarşı hərbi təxribat törədən Ermənistan döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Bu xaincəsinə açılan atəş nəticəsində ilk saatlardan etibarən, mülki əhali və hərbçilərimiz arasında şəhidlərimiz oldu. Bu qanlı cinayətə cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatına keçdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi tam qələbə ilə yekunlaşdı. Ötən il dekabrın 2-də cənab Prezidentin sərəncamı ilə 27 sentyabr Azərbaycanda “Anım Günü” kimi təsis edildi. Bu gün hər həs İkinci Qarabağ müharibəsində həlak olan şəhid qəhrəmanlarımızın mübarək xatirəsi önündə bir daha baş əyir, Allahdan onlara rəhmət diləyir. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq.
Açar sözlər: hərbi təxribat, müharibə, Vətən, şəhid, qələbə, qəhrəman
Minaya Rahman Farzaliyeva
Martyrs are our oath
Abstract
Exactly two years ago, Armenia, which committed military provocation against Azerbaijan, opened fire on our military positions and residential areas. As a result of this treacherous fire, the civilian population was killed in the first hours and the soldiers were martyred. In response to this bloody crime, the Azerbaijani army launched a counter-offensive operation by my order and won a complete victory in the second Karabakh war, which lasted for 44 days. On December 2 of last year, September 27 was established as a day of remembrance in Azerbaijan. Today, we once again bow before the blessed memory of our martyred heroes who died in the second Karabakh war, may God have mercy on their souls. Martyrs will remain in our hearts forever.
Keywords: military provocation, war, Homeland, martyr, victory, hero