Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/107/9-13

Sevinc Sadıqova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya üzrə fəlsəfə doktoru

sevincsadigova@gmail.com 

https://orcid.org/0000-0001-8720-3262


Şifahi akademik kommunikasiya


Xülasə

Akademik kommunikasiya elmi ictimaiyyətdə istifadə olunan professional ün­siy­yət növlərinin məcmusudur. Aka­de­­mik kommunikasiyaya bakalavriatura, magistratura, doktorantura təhsil pillə­lərində, elmi seminar, təlim, konfrans və simpoziumlarda, elmi müzakirələrdə, dissertasiya mü­da­fiə­lərində və s. istifadə olunan ünsiyyət aiddir.

Akademik kommunikasiya – dinləyicilərə məq­səd­yön­­lü təsir göstərməyə hesablanmış, onların bu və ya digər el­mi bölmə üzrə bilikləri mənimsəməsinə, yaxud qəbul et­mə­­­­sinə imkan yaradan peşəkar ictimai nitqin ya­ra­dıl­ma­sı­nın qanunauyğunluqları və effektivliyinin şərtləri haqqında bi­­­liklər sahəsidir. Peşəkar nitq dedikdə, buraya pedaqoqun, ali­­­min və b. nitqi, ictimai nitq dedikdə isə çoxsaylı audi­to­ri­­­yaya yönəlmiş nitq nəzərdə tutulur. İctimai nitqin növləri (aka­­demik nitq, dip­lomatik nitq, məhkəmə nitqi və s.) və janr­­ları (məruzə, mühazirə, çıxış, təşviqat nitqi və s.) ayırd edi­­lir. Akademik kommunikasiya da şifahi və yazılı for­ma­­da tə­zahür edir. Akademik kommuni­kasiyanın hər iki for­­­ma­sın­­da mətn tərtib edilərkən Azərbaycan ədəbi dilinin el­­mi və ədə­­bi da­nı­şıq üslublarının normalarına, həmçinin aka­­­de­mik kom­munikasiyanın beynəlxalq normaları və tə­ləb­­­lə­ri­nə cid­di riayət olunmalıdır.

Açar sözlər: kommunikasiya, akademik kommunikasiya, akademik nitq, şifahi kommunikasiya, Azərbaycan dili


Sevinj Sadigova

Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Philology

sevincsadigova@gmail.com 

https://orcid.org/0000-0001-8720-3262


Oral Academic Communication


Abstract

Academic communication is a set of professional communication types used in the scientific community. Academic communication at bachelor's, master's, doctorate levels of education, scientific seminars, training, conferences and symposia, scientific discussions, dissertation defenses, etc. refers to the communication used.

Academic communication is the creation of a professional public speech designed to have a purposeful effect on the listeners, enabling them to acquire or accept knowledge on this or that scientific section. It is a field of knowledge about the regularities and conditions of effectiveness of the machine. When we say professional speech, we mean the words of a teacher, a scholar, etc. speech, and public speech refers to a speech aimed at multiple audiences. Types of public speech (academic speech, diplomatic speech, court speech, etc.) and genres (lecture, lecture, speech, campaign speech, etc.) are distinguished. Academic communication is also manifested in oral and 


 

written form. While writing the text in both forms of academic communication, the norms of the scientific and literary speech styles of the literary language of Azerbaijan, as well as the international norms of academic communication and the requirements must be strictly followed.

Keywords: communication, academic communication, academic speech, oral communication, Azerbaijani language


Baxış: 541