DOI: https://doi.org/10.36719/2789-6919/45/8-10
Həcər Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə elmlər doktoru
https://orcid.org/0000-0002-3223-427X
hacerhuseynova@mail.ru
Sifətin dərəcələri tarixi inkişafda
Xülasə
Dilin tarixi xalqın tarixidir. Bir xalqın tarixini, uzaq keçmişini öyrənmək üçün mütləq onun dilinə, qədim şifahi və yazılı abidələrinə müraciət etmək lazım gəlir. Azərbaycan dilinin də tarixi onun yazılarında daşlaşmış sözlərdə yaşayır. Azərbaycan dili zəngin leksik, morfoloji, sintaktik quruluşa malikdir. Sifətlərin tarixi inkişafı, dərəcələrin tarixən keçdiyi yol, dəyişmələr dilimizdə tarixən sifətlərin, onun dərəcələrinin zəginliyindən xəbər verir. Sifətin tarixi inkişafını izləyərkən müşahidə edirik ki, qədim türk dilində rəng anlamlı bir sıra sözlər, həm də cəhət mənasında işlənmişdir: ağ və sarı cənub; qara şimal; qızıl (qırmızı) qərb; göy şərq. Qara, qırmızı, göy, ağ, sarı türk mənşəli bəzi sifətlər ilkin mənasını itirərək yeni məna qazanmışdır. Məsələn, qızıl sözü yazılı abidələrimizdə daha çox qırmızı mənasında işlənmişdir.
Bunu biz bir neçə dilçi-alimin müqayisələrində müşahidə edə bilərik. Məqalədə Ə.Dəmirçizadənin, M.Şirəliyevin, H.Mirzəzadənin, S.Cəfərovun, M.Hüseynzadənin, B.Xəlilovun və b. fikirlərinə, əsərlərinə müraciət edilmiş, müqayisələr aparılmışdır.
Açar sözlər: dil, xalq, dəyər, tarix, inkişaf, müqayisə