Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: A.M.Əliyeva

Açar sözlər: ismin halları, interaktiv metodlar, müasir dərs, fəal təlim.
Key words: noun cases, interactive methods, modern lesson, active education
Ключевые слова: падежи имен существительных , интерактивные методы, современный урок, активное обучение.
 
Azərbaycan dilinin qrammatikasının morfologiya şöbəsinə daxil olan nitq hissələrinin sırası isimlə başlayır. İsmin birinci gəlməsi onun qraammatik mənası, əşyanın adını bildirməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq orta ümumtəhsil məktəblərdə Azərbaycan dili dərslərində morfologiyanın tədrisində isim ilk keçirilən əsas nitq hissəsidir. Şagirdlərin isim haqqında ilkin təsəvvürləri ibtidai siniflərdə formalaşdırılır. Proqram əsasında ismin əşya bildirən nitq hissəsi olması, morfoloji sualları (kim? nə? hara?), ümumi və xüsusiliyi, tək və cəm olması, konkret və mücərrədliyi, quruluşca növləri (sadə, düzəltmə, mürəkkəb), hal kateqoriyası, mənsubiyyət kateqoriyası, xəbərlik şəkilçiləri öyrədilir və VI sinfin sonuna qədər isimlə bağlı bütün biliklər tədris edilmiş olur. Biliklərin öyrədilməsində qarşıya çıxan problemləri, qarışıqlıqları, çətinlikləri müəllim məqsədəuyğun üsul və vasitələrlə həll etməyi bacarmalıdır. Bu baxımdan şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və tədris prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən interaktiv təlim metodlarından istifadə əhəmiyyətlidir.

Baxış: 1997