Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/92-95

Pərvin Məmmədova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0003-0487-4987

parvinmamedova@icloud.com

 

Sosial turizmin anlayışı

 

Xülasə

 

Qloballaşma bütün hüquq münasibətlərinə təsir etdiyi kimi turizm hüquq münasibətlərinə də güclü təsiri ilə seçilir. Xüsusilə səyahət etmək üçün nəqliyyat vasitələrinin daha əlçatan olması və seçim çoxluğu turizm hüquq münasibətlərinin əhəmiyyətini artırmışdır. Ümumilikdə bu hissədə sosial turizmə anlayış verilməzdən öncə turizmin əhatə dairəsinin müəyyənləşdirilməsi olduqca vacibdir. Sosial turizmin əsas xüsusiyyətlərini müəyyənləşdirmək onun turizmin digər növlərindən fərqləndirilməsi hüquqi istiqamətdən olduqca vacibdir.  Bununla sosial turizmin cəmiyyətdəki və sosial münasibətlərdəki təsirlərinin müəyyənləşdirilməsi, hüquqi, sosial və iqtisadi baxımdan nəticələrin aşkarlanması məqsədəmüvafiq olardı. Sosial turizm təşəbbüslərinin sosial inteqrasiyada töhfəsi böyükdür, bu konsepsiya əsas insan hüquq və azadlıqlarının təminatı  və iqtisadi inkişafın təmin edilməsi baxımından da öz zəruri əhəmiyyəti ilə seçilir. Məqalədə sosial turizmə hüquqi anlayış verilməsinin əhəmiyyəti, sosial turizmin əsas elementləri, bu istiqamətdə beynəlxalq təcrübə təhlil edilmişdir.

Açar sözlər: Qloballaşma, turizm hüququ, sosial turizm, hüquqi tənzimləmə, sosial inteqrasiya


Baxış: 222