Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Pərixanım Nəbi qızı Əliyeva
Açar sözlər: söz yaradıcılığı, leksik şəkilçilər, düzəltmə sözlər, isim
Key words: word creativity, lexical forms, correction words, noun
Kлючевые слова: словообразование, лексические аффиксы, сложные слова, существительное
 

Azərbaycan dili morfoloji quruluşuna görə dünyanın ən zəngin dillərindən biridir. Dilimizdə söz yaradıcılığı prosesi mühüm əhəmiyyət kəsb edir ki, dilin morfoloji sistemi də buna geniş imkan yaradır. Azərbaycan dili morfoloji xüsusiyyətlərinə görə aqlütinativ dillərdən olduğu üçün şəkilçilərin köməyi ilə yeni sözlərin yaranması və sözlərdə baş verən semantik proseslər dilimiz üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, şəkilçi morfemlər türk dilləri ailəsinə daxil olan hər bir dil üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan dilinin bu xüsusiyyətini nəzərə alan A.Axundov qeyd edir ki, “Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur” (1, s. 192).


Baxış: 1981