Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: D.Ağayeva

Açar sözlər: folklor, atalar sözləri, məsəllər, tədqiqat tarixi, fəlsəfə
Key words: folk-lore, proverb, saying, research history, philosophy
Ключевые слова: фольклор, пословица, поговорка, история исследований философия
 

Əgər hər hansı xalqın ünsiyyət vasitəsi kimi istifadə etdiyi dil canlidirsa, yaşayırsa onun lüğət tərkibi, fonetik sistemi, qrammatikası daimi inkişafdadır, dialektik qanunauyğunluqla bir keyfiyyətdən başqa bir keyfiyyətə keçir. Dildə həmişə bir çox hadisələr, dəyişmələr baş verir: bəzən sözlər, qrammatik normalar köhnəlir, uzaq keçmişdə qalır, yeniləri törəyir, əmələ gəlir və geniş işləklik imkanı əldə edir. Bu mənzərəni də dəqiq müşahidə etmək cəhətdən folklorun müxtəlif janrlarının öyrənilməsi zəruriyyəti meydana çıxır.
Atalar sözləri dedikdə ilk növbədə xalq tərəfindən yaradılmış, qədim yazılı mənbələrdən və bədii ədəbiyyatdan götürülmüş müdrik fikirləri qısa formada çatdıran tutarlı ifadələr nəzərdə tutulur. Bir qayda olaraq atalar sözləri həqiqi və məcazi məna daşıyır. Adətən eyni mənəvi dəyəri ifadə edən müxtəlif cür atalar sözləri olur. Bu kəlamlarda xalqın bütün idrak təcrübəsi, onun mənəvi – etik, sosial – estetik, bədii və əxlaqi ideyaları möhürlənib. Onlar xalqın sivilizasiya boyu inkişaf tarixini özündə qoruyub saxlayır, hər bir xalqın təbiətini, onun qonşu xalqlarla münasibətini əks etdirir. Dilin tarixi inkişaf nəticəsində yaranaraq mənaca da bölünməz olan atalar sözləri bu dilin əski adət ənənələrə güzgü tutan mürəkkəb frazeoloji sistemiylə bütövləşmişdir. Ona görə də atalar sözündə bir sözü yerindən oynatmaq, ya sözlərin sırasını dəyişdirmək o ifadənin sintaksisini pozub təsir gücünü azalda bilir. (1: səh4)


Baxış: 1380