Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: N.R.Mədətova
Açar sözlər: artikl, isim, qeyri-müəyyənlik, kateqoriya, əvəzlik, say. 
Key words: article, noun, indetermination, category, pronoun, numeral 
Ключевые слова: артикль, существительное, неопределенность, категория, местоимение, число


İnsanlar ilk ünsiyyətə girdikləri dövrdən etibarən sözün gücünü dərk etmiş və onu öyrənməyə səy göstərmişlər. Sözün sehrini onda gördülər ki, insanı əhatə edən hər bir əşya,hal,vəziyyət, xassə, hərəkəti onunla ifadə etmək və tərəf müqabilinə çatdırmaq mümkündür. Belə müşahidələr qədim alimlərin, hətta bizim eradan əvvəl belə, diqqətini söz haqqında söz deməyə, onları təsnif etməyə yəni qrammatik bölgü verməyə cəlb etmişdir.[3,112] Bizim eradan əvvəl 384-322-ci illərdə yaşamış Aristotel dilin qrammatikasını yaratmış,əsas üç nitq hissəsi aşkarlamışdı: isim, fel, bağlayıcılar. Bu məşhur filosof qrammatikanı da həm dil, həm də məntiqi yanaşma baxımından öyrənmişdir: fellər bağlayıcılar və ya hal şəkilçiləri vasitəsilə isimləri idarə edərək söz birləşmələri yaratmış, cümlə səviyyəsinə tez qalxmağa imkan açmışdı

Baxış: 980