https://doi.org/10.36719/2663-4619/109/161-168
Mənsur Şahlarlı
BP Azərbaycan, Səngəçal, Azəri Çıraq Günəşli
doktorant
mansursahlarli1994@gmail.com
https://orcid.org/0000-0003-0519-3078
Sualtı boru kəməri quraşdırılmasında kritik parametrlərin
analitik qiymətləndirilməsi: metodologiyalar, texniki çağırışlar
və strateji həllər
Xülasə
Sualtı boru kəmərlərinin çəkilməsi və quraşdırılması əməliyyatlarının aparılması çox çətin proses olduğundan onların kritik mühəndisi hesablama modellərinə ehtiyac duyulur. Neft və qaz ehtiyatlarının gün keçdikçə dənizin daha dərinliklərindən hasil olunduğunu nəzərə alsaq, sualtı boru kəmərlərinin hesablanması üçün yeni metodologiyalara ehtiyac duyulur. Məqalədə dərin sularda boru kəmərlərinin çəkiliş texnologiyası araşdırılmış, onların müsbət və çatışmayan cəhətləri göstərilmişdir. Tədqiqat zamanı ASME və DNV kimi beynəlxalq standartlarlara istinad edilmişdir. Hesablamalar diametri 18 düymə olan boru kəməri üçün müxtəlif dəniz dərinliklərində, müxtəlif divar qalınlıqlı boru kəmərlərinin yerli bükülmənin yayılma təzyiqindən, xarici təzyiqdən və dağılma təzyiqindən asılılıqları əldə etmək üçün tətbiq edilmişdir. Sonda parametrik asılılıqları göstərmək üçün qrafiki simulyasiya və parametrik asılılıq cədvəli tərtib edilmişdir.
Açar sözlər: ovallıq, material müqavimət amili, material təhlükəsizlik sinfi amili, bükülmənin yayılması, xarici təzyiq