Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Ləman Ədalət qızıAbbasova
Bakı, Azərbaycan

TALAMANIN BİR NÖVÜ KİMİ OĞURLUĞUN ƏLAMƏTLƏRİ

Açar sözlər: talama, oğurluq, əmlak, gizli, əvəzsiz, tamah
Key words: plunder, theft, property, secret, free of charge, covetousness
Ключевые словаграбеж, воровство, собственность, тайна, незаменимость, жадность

Giriş
Mülkiyyət əleyhinə olan cinayətlər arasında ən geniş yayılmış və daha böyük ictimai təhlükə törədən əməllər talamanın müxtəlif növləridir. Talama cinayətləri içərisində isə oğurluq xüsusi yer tutur. Bunun səbəbi isə oğurluğun həm mülkiyyət əleyhinə edilən cinayətlər arasında ən geniş yayılanı, həm də özgə əmla­kının mənimsənilməsinin ən səciyyəvi forması olmasındadır. Bu da oğurluğun ictimai təhlükəliliyini daha da artırır.
Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahibliklə əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir. Mülkiyyət əleyhinə yönəldilmiş cinayətlər şəxsin mülkiyyətə olan hüquqlarının qanunazidd olaraq pozulmasında və həmin əmlakın mülkiyyətçisinə ziyan vurmaqda ifadə olunur.
Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz ictimai təhlükəliliyinə görə fərqlənir. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsində talamanın anlayışı verilməmişdir. CM-in Kommentariyasında isə talama anlayışına eynilə Rusiyanın cinayət qanunvericiliyində nəzərdə tutulmuş məzmunda tərif verilmişdir. RF CM-nin 158-ci maddəsinin şərhində deyilir ki, talamanın hansı konkret formada törədilməsindən asılı olmayaraq, qanunun dediyi kimi o, götürülmüş əmlakın təqsirkarın və ya digər şəxslərin xeyrinə keçirilməsinin zahiri cəhətdən obyektivləşdirilməsindən ibarətdir.


Baxış: 1304