Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Ağayeva Natəvan Fəxrəddin qızı 
Açar söz: toponim, etnotoponim, onomastik, areal, xəzinə, etnogen 
Key words: toponim, etnotoponim, onomastic, local, treasure, etnogenic
Ключевые слова: топоним, этнотопоним, ономастический, ареал, этноген

Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi hüquqi – siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu pirinsipial məsələdə mövqelərini yenidən dəqiqləşdirməli, erməni təbliğatı nəticəsində formalaşmış stereo-tiplərdən imtina etməlidilər. 
Bu, bir tərəfdən həmin hadisənin bir daha təkrarlanmasına yol verməmək üçün vacibdir, o biri tərəfdən isə, soyqırımı qurbanlarının xatirəsi qarşısında bizim vətəndaşlıq borcumuzdu.
Ümummilli Liderimiz Heydər Əliyev

Azərbaycanlılar dünyanın ən qədim xalqlarından biri, Şumer mədəniyyətinin varisidir. Cənnət kimi gözəl Azərbaycan torpaqlarında tarix boyu yadellilərin gözü olub. Dünyanın ən böyük cahangirləri dəfələrlə Azərbaycana qoşun çəkmiş, bu torpağın hər qarışı insan qanı ilə yoğrulmuşdur. Tarixin müəyyən dönəmlərində Vətənimiz işğala məruz qalmış, torpaqlarımız hissə - hissə bölüşdürülmüşdür. Dəmirqapı Dərbəndi, Borçalını, Təbrizi, Zəngəzuru, Göyçəni, Zəngibasarı, Dərələyəzi Azərbaycanımızdan qoparmışlar.
Tarixi gerçəkliyin acılmasında toponimlər və etnotoponimlər əvəzedilməz mənbədir. Azərbaycan xalqının qədim və zəngin tarixi ilə yaşıd olan toponimlər, etnotoponilmər daş kitabələr, abidələr kimi tarixin özünə şahidlik edir.
Allar - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. Bir çox mənbələrdə kəndin adı Alarlar kimi verilib. Bazarçayın sol sahilində, meşəlik ərazidə yerləşirdi. Alarlar moğol türklərinin oyrat qoluna mənsub olan tayfadır. XIII əsirdə moğol yürüşləri zamanı Qafqaza gəlmiş, şahsevənlərin tayfa birliyinə daxil olmuş və müxtəlif regionlarda məskunlaşmışlar. Azərbaycanın Yardımlı və Cəlilabad rayonlarında, Türkiyənin Sivas bölgəsindən və Cənubi Azərbaycanda da Allar kəndləri vardır. Andronikin Zəngəzura hücumu zamanı 1918 – ci ildə azərbaycanlı əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Ağaflı - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. 1913 – cü ildə D.D.Paqirevin tərtib etdiyi “Qafqazın beş verstlik xəritəsinin ad göstəricisi” toplusunda kəndin adı Aqaplu şəklində göstərilmişdir. Gorus rayon mərkəzindən 23 km. şimal - şərqdə yerləşmişdi. Kənd XX əsrin əvvəllərində dağıdılmışdır. Kəndin adı kəndin əsasını qoyan Ağaflı nəslinin adı ilə bağlıdır.


Baxış: 1461