Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: A.ƏLİYEVA

İstənilən dilin leksik bazasına hər şeyi əhaət edən və eyni ■ zamanda xırda bölgülərdən ibarət sistem kimi baxmaq lazımdır. Bu sistemin və onun hissələrinin öyrənilməsinin müxtəlif yanaşma üsulları mövcuddur. Məlumdur ki, hər hansı bir dilin vahidləri ümumi leksikadan başqa, xüsusi leksiylcaya da malik olur. Dilin bu cür' bölünməsi nə ümumi və xüsusi sözlərdən, nədə ki, digər vasitələrdən asılı deyil (1;58;59). Xüsusi sahə leksikasmm kökləri əsrlərə dayanır. Belə ki, insan məhz əmək ləaliyyəti nəticəsində təkmilləşib və ən primitiv təsərrüfat işi üçün də əmək bölgüsü vacibdir. İnsanın məqsədyönlü, peşəkar fəaliyyəti prosesində əvvəllər mövcud olmayan yeni ideya və fikirlər yaranır. Təbii ki, onlära müvafiq adlar da mövcud olmur. Ümumi leksikadan iərqli olaraq xüsusi sahə leksikası ümumiişlək deyil. Ancaq o sahə ile məşğul olan şəxslər tərəfindən başa düşülür, Belə ki, o istənilən şəraitdə ünsiyyət vasitəsi kimi çıxış etmir, sətiraltı mənalarda işlənir. Başqa sözlə desək, peşəkar bilik miüVafiq mətnaltı və sətraltı mənimsənilməsini tələb edir ki, bu da xüsusi sahə leksikasım təşkil edir. Xüsusi sahə leksikaslm əsasən xüsusi adlar (şəxs, Tanrı, adları coğrafi, kosmik, geoloji obyekt adlan, müəssisə və təşkilat adları, müxtəlif sahə üzrə ixtisaslaşmış insan qruplarının adları, milli bayramlar, oyunlar) təşkil edir. Buraya həmçinin ticarət, sənaye, elm və müxtəlif sahələrdə işlədilən' terminlər, ənənəvi hadisə yə milli bayramlara xäs olan sözlər də aiddir!


Baxış: 952