Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/98-103

Mədinə Əliyeva

Odlar Yurdu Universiteti

 magistrant

madina.aliyevaaa@gmail.com

 

Tədrisdə yeni texnologiyalardan istifadə qaydaları və üstünlükləri

 

Xülasə

Müasir dünya hər sahədə olduğu kimi, təhsil texnologiyaları sahəsində də bir çox innovativ inkişafı tələb edir. Çünki təhsil sistemləri sosial həyatın əsasını təşkil edir. Təhsil prosesində olan fərdlər, yaşadıqları cəmiyyətin inkişafı ilə ayaqlaşa bilmək üçün, müasir təhsil texnologiyalarından yararlanmalıdırlar. Çağımızın ən əsas təhsil texnologiyası materialları kompüterlər və internet im­kanlarıdır. Hər bir təhsil prosesinə geniş üfüqlər təqdim edən bu texnoloji imkanlar təhsil üçün də bir çox üstünlükləri özü ilə gətirir. Texnologiyadan səmərəli istifadə edən hər bir kəs, öyrənmə təc­rübəsini əhəmiyyətli dərəcədə artıra, təhsil resurslarına çıxışı yaxşılaşdıra, əməkdaşlığı asanlaş­dıra və müxtəlif öyrənmə üslublarına sahib ola bilər.

Son olaraq, təhsil texnologiyaları, ictimai və iqtisadi inkişafı dəstəkləyən, səviyyəli və stabil bir öyrənmə mühitinin yaranmasına kömək edir. Bu, daha güclü, çağdaş və rəqabətə açıq bir cə­miy­yə­tin formalaşmasına imkan yaradır.

Açar sözlər: təhsil, texnologiya, İT, informasiya, inkişaf


Baxış: 58