Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: T.İ.Məcidova
 
Açar sözlər: pedaqoji idarəetmə, təhsil menecmenti, idarəetmə, tədris prosesi, müəllim-menecer
Key words: pedagogical management, education management, management, educational process, teacher-manager
Ключевые слова: педагогическое управление, управление образованием, управление, образовательный процесс, учитель-менеджер
 

Ölkəmizdəki sosial sistemdə dəyişikliklər, bazar münasibətlərinin inkişafı baxımından ictimai şüurda yeni bir ictimai idarəetmə elminin axtarışı ölkənin idarə edilməsi, istehsal, təhsil təcrübəsinin təşkilat səviyyəsindən (ali təhsil müəssisəsi, orta məktəb və s.) asılı olaraq yenidən qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Dünya praktikasında əldə edilən təcrübə “idarəetmə” konsepsiyasında ifadə edilir. İdarəetmə tarixində təxminən yüz ildən çox bir vaxt ərzində bu, bütün sistemlərdə onun canlılığı və effektivliyini sübuta yetirmiş olsa da, çox müxtəlif mədəniyyətlərə və iqtisadi inkişaf səviyyəsinə malik ölkələrdə sınaqdan keçirilmişdir. Müasir dünyadakı bir peşə kimi idarəetmə, bilik sahəsi olaraq həqiqətən beynəlxalq status aldı. Bu gün dünyada aparıcı rolu mübahisəsizdir, nəzəri və praktikanın inkişafına xüsusilə də tədris prosesinin idarəetməsinə olan təsiri çox böyükdür. İdarəetmə anlayışında müxtəlif yanaşmalar var. M.X.Meskona, M.Albert, F.Hedurinin “İdarəetmənin əsasları” kitabında rəhbərlik müxtəlif yollarla nəzərdən keçirilir: “məqsədlərə, işə, zəkaya, digər insanların niyyətlərinə nail olmaq qabiliyyəti"; "müxtəlif təşkilatlarda insanların rəhbərliyinə rəhbərlik, funksiya, fəaliyyət növü” kimi; "bu funksiyanı yerinə yetirmək üçün kömək edən bir insan biliyi sahəsi"kimi qeyd edirlər(6, s.5-6).


Baxış: 2422