Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Hüseynov Səfər Məzahir oğlu
Açar sözlər: təhsil, inkişaf, texnologiya, İEÖ 
Key words: education, development, technology, developed countries 
Ключевые слова: образование, развитие, технология, развитые страны
 

Hazırki dövrdə Azərbaycanda texnologiyanın inkişafına və həmin inkişafın təhsilə aid olan bölməsi üzərində təhsil sahəsində tətbiqinə böyük ehtiyyac vardır. İstər yeni dərsliklər sisteminin yaradılması istərsə də təhsil proqramlarının müasir dövrdəki inkişaf prosedurları əsasında hazırlanması Azərbaycan Respublikasının təhsil sistemində yenilik yaradacaqdır. Müasir dövrün texnologiya dövrü olması və həmçinin dünyada baş verən qloballaşma ilə əlaqədar olaraq, Avropa təhsil sisteminə inteqrasiya yeni texnologiya təlimlərinin tətbiqini tələb edir. 
Təhsil bir ölkənin iqtisadi, siyasi və sosial inkişafında əsas kök sayılır. Müasir dövrdə ölkəmizdə təhsilin cari vəziyyətindən savayı, təhsilin necə bir formada özünün optimal səviyyəyə çatdırılması müzakirə olunmaqdadır. Əvvəlki dövrlərlə müqayisədə dünyanın bir çox İnkişaf Etmiş Ölkələrində olduğu kimi, Azərbaycan da texnologiyanın inkişafı özünü açıq formada bəyan edir. Komputerlərin və internetin cəmiyyətin istifadəsinə verilməsi ilə bir çox fərqli sahələrdə o cümlədən təhsil sahəsində bir çox rahatlıqlar yaratmışdır.


Baxış: 2794