Arxiv
Elmi iş - 2024
Müjgan Əli qızı Hüseynova
Odlar Yurdu Universiteti
Magistrant
mujganyolchuyeva@yahoo.com
“TƏHSİLİN KEYFİYYƏTİ” ANLAYIŞI VƏ QİYMƏTLƏNDİRMƏNİN
KEYFİYYƏTİN İDARƏ OLUNMASININ ELEMENTİ KİMİ
KEYFİYYƏTİN İDARƏ OLUNMASININ ELEMENTİ KİMİ
Xülasə
Məqalədə “təhsilin keyfiyyəti” anlayışı və qiymətləndirmənin keyfiyyətin idarə olunmasının elementi kimi araşdırılır. Təhsilin keyfiyyəti və qiymətləndirilməsi problemi pedaqoji nəzəriyyə və praktikada ən mühüm məsələlərdən biridir. Bu problemin həlli pedaqoji innovasiyaların və texnologiyaların effektivliyini qiymətləndirmək üçün lazımdır. Pedaqoji hadisələrin mürəkkəbliyi, pedaqoji prosesə və onun nəticələrinə təsir edən çoxlu sayda amillərin, o cümlədən təsadüfi amillərin olması ona gətirib çıxarır ki, bu prosesləri tam deterministik hesab etmək olmaz. Qiymətləndirilmə prosesinin ən mükəmməl təşkili ilə biz hər bir fərdi şagird üçün təlim nəticələrinin nə olacağını birmənalı olaraq proqnozlaşdıra bilmərik. Bu baxımdan müasir təhsil sistemi təhsilin keyfiyyəti və qiymətləndirilmə ilə bağlı tələb qoyur. Hər bir müəllim qiymətləndirmənin obyektivliyini artırmağa, ənənəvi nəzarət vasitələri və pedaqoji elmin innovativ nailiyyətləri ilə təhsilin keyfiyyətini artırmağa çalışmalıdır.
Açar sözlər: təhsilin keyfiyyəti, qiymətləndirmə, şagird, müəllim, idarə olunma, element
Mujgan Ali Huseynova
The concept of “education quality” and evaluation as an element of quality management
Abstract
The article examines the concept of "quality of education" and assessment as an element of quality management. The problem of quality and evaluation of education is one of the most important issues in pedagogical theory and practice. The solution to this problem is needed to assess the effectiveness of pedagogical innovations and technologies. The complexity of pedagogical events, the presence of a large number of factors affecting the pedagogical process and its consequences, including random factors, leads to the fact that these processes can not be considered completely deterministic. With the most perfect organization of the assessment process, we cannot unequivocally predict what the learning outcomes will be for each individual student. In this regard, the modern education system requires quality and evaluation of education. Every teacher should try to increase the objectivity of assessment, to improve the quality of education with traditional means of control and innovative achievements of pedagogical science.
Key words: quality of education, assessment, student, teacher, management, element
Baxış: 608