Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/110/102-110

Sərdar Qasımov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 fizika-riyaziyyat elmləri namizədi

https://orcid.org/0009-0006-8425-7891

sardarkasumov1955@mail.ru

Qönçə Sadıqlı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0008-3440-8297

 goncasadig@gmail.com

 

Telekommunikasiya şəbəkələrində çoxdaşıyıcılı

məlumat ötürülməsi üsulları

 

Xülasə

 Telekommunikasiya şəbəkələrində məlumat ötürülməsi prosesinin effektivliyi və etibarlılığı artırmaq üçün çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları geniş tətbiq olunur. Bu üsullar, yüksək sürətli məlumat ötürülməsi tələblərini qarşılamaq və şəbəkə resurslarının optimal istifadəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Çoxdaşıyıcılı ötürülmə üsulları, əsasən, siqnalın genişzolaqlı spektrdə bir neçə daşıyıcı tezlik üzərində bölünməsi prinsipi ilə işləyir. Belə yanaşmalar siqnalın müxtəlif kanallara bölünərək paralel şəkildə ötürülməsinə imkan verir. Bu texnologiyalar arasında OFDM (Orthogonal Frequency Division Multiplexing), CDMA (Code Division Multiple Access) və FDMA (Frequency Division Multiple Access) kimi metodlar geniş istifadə olunur. Bu metodlar, xüsusən də mobil şəbəkələr, peyk rabitəsi və genişzolaqlı internet texnologiyalarında istifadə edilir. OFDM texnologiyası səs-küyə qarşı yüksək dayanıqlığı və məlumat ötürmə sürətini artırmaq qabiliyyəti ilə fərqlənir.

Açar sözlər: mobil şəbəkələr, peyk rabitəsi, genişzolaqlı internet, siqnalın spektr bölünməsi, şə­bəkə effektivliyi, məlumat ötürmə sürəti, tezlik spektri, şəbəkə dayanıqlığı


Baxış: 490