Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: A.T. Məmmədova
Açar sözlər: Ədəbiyyat, tərbiyə, təlim, bilik və bacarıq
Ключевые слова: Литература, образование, обучение, знания и навыки
Key words: Literature, education, training, knowledge and skills

Ədəbiyyatın insan tərbiyəsində əvəzsiz rolu olduğunu böyük alimlər, filosof və pedaqoqlar göstəriblər. Hələ XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xəqani tərbiyənin rolundan danışarkən göstərmişdir ki, şair, tərbiyəçı insanlarda yüksək mənəvi keyfiyyətlər tərbiyə etməyə borcludur. O, bildirmişdir ki, hər tərbiyəçı şair olmaya bilər, lakin hər şair hökmən tərbiyəçı olmalıdır (10. 1958). Şair yüksək mənəvi keyfiyyətlərə ədalət, sədaqət, həqiqət, səxavət, təvazökarlıq, yaxınlarına sevgi, zəhmətsevərlik, dostluq, xüyirxahlıq və vicdanlılıq kimi dəyərlərə aid edilir (9. 1962).
XIII əsrin dahi mütəfəkkiri Nəsrəddin Tusi insanda biliyin, bacarığın və dəyərlərin vəhdətini onu heyvandan ayıran əsas amıl kimi qiymətləndirir. Böyük mütəfəkkir göstəri ki, bütün başqa canlılardan fərqli olaraq, insanın qidası öz-özünə bitmir, onu əkmək və biçmək lazımdır. Bütün bunlar üçün çalışqanlıq, tərbiyə və düşüncə lazımdır. Insanın sədaqəti onun ağlı, iradəsi və bacarıqlı əlləri vasitəsilə əldə edilir. N.Tusi mənəviyyatın bir çox problemlərinin həllində idrakın roluna böyük əhəmiyyət verməklə onun azad iradə və çalışqanlıqla tamamladığını bildirir. Idrakın tərbiyəsinə ―azad iradə‖məsələsinin vurğulanması bir çox tərəfdən maraq doğura bilər. Məsələyə ədəbiyyatın yeni təlim texnologiyaları ilə tədrisi prizmsından baxarkən bunu şagird azad seçımı, onun təlimə və təlim materiallarına olan ehtiyac və marağı kimi dəyərləndirilməsi yeni təlim yanaşmaları baxımından çox əhəmiyyətlidir.

Baxış: 1315