Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: N.İ.Mönsümova 

Açar sözlər: strategiya, icmal, ümumiləşdirmə, tezis, təkrar oxu
Key words: strategy, outline, generalising, thesis, rereading
Ключевые слова: стратегия, обзор, обобщение, тезис, повторное чтение
 
Hər kəs oxunun nə olduğunu bilir, bəs tənqidi oxu nədir? Ümumiyyətlə “ tənqidi” sözü nə deməkdir?
Kiməsə və ya nəyəsə tənqidi yanaşmaq, həmin əşya və yaxud insana qarşı narazı olub,mənfi münasibət göstərmək deməkdir.Tənqidi sözünun sinonimi kimi işlənən “kritik” sözu çox vaciblik, hətta həyat kimi önəmliliyi də ifadə edə bilər.Siz ciddi bir məsələyə də tənqidi şəkildə yanaşa bilərsiniz.
Əgər xəstə kritik vəziyyətdədirsə,onun yaxşı bir əhvalda olmadığını anlaya bilərsiniz.
Bütün bu sadaladıqlarımız tənqidi sözünün müxtəlif mənalarıdır. Amma onların heç biri tənqidi oxu sözünü təsvir etmir.Bu, tənqidinin başqa bir növü hesab olunur.
Tənqidi sözü haqqında düşünək. Kino tənqidçisi nə edir? Kinoya baxdıqdan sonra, onun haqqında rəy yazılır. Rəyə aktyorluq, süjet, rəhbərlik, səsləndirici aktyorlar yaxud da xüsusi effekt haqqında şərhlər daxildir.Bu məlumatların neqativ və ya pozitiv şəkildə olmasından asılı olaraq, filmin keyfiyyəti haqqında qərar qəbul edilir.
Burada açar söz “mühakimə” hesab edilir. Siz tənqidi oxuduğunuz zaman tənqidi yazıdakıı kimi oxşar şeylər etmiş olursunuz. Yazı parçasının nəşrləri ilə bağlı bir sıra analiz edirsiniz: Kim, harada, nə zaman, nə üçün bunu nəşr edib?


Baxış: 5218