Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: G.A.Quliyeva
 
Açar sözlər: tərcümə transformasiyaları; praqmatik potensial; kontekst; çoxmənalılıq; differensial leksika.
Key words: Translation transformations, praqmatik potential, context, plurality, diferensial lexicon.
Ключевые слова: переводческие трансформации; прагматический потенциал; контекст; многозначность; дифференциальная лексика.
 

Orijinalın və tərcümənin mənsub olduğu dillər və mədəniyyətlər arasındakı fərq tərcümə prosesində ekvivalentliyə nail olmaq üçün bir sıra leksik və qrammatik transformasiyaların tətbiqini labüdləşdirir. Mətnin xüsusi-linqvistik və ekstralinqvistik səviyyələrdə məzmununun tərcümə dilində verilməsinə xidmət edən belə transformasiyalar yalnız müvafiq kontekstlər çərçivəsində reallaşması və bu faktlar arasındakı əlaqəsi öz aktuallığını hər zaman saxlamaqdadır. Bir-birini qarşılıqlı tamamlayan bu amillərin təhlilinə ehtiyac duyulur. 
Tərcümə prosesini prinsip etibarı ilə iki dilin qanunauyğunluqlarının müqayisəli tipologiyası üzrə bir dildə mövcud olan mətnin digər dildə yenidən yaranması aktı kimi bir sıra leksik-qrammatik əməliyyatlardan ayrı təsəvvür etmək çətindir. 
Burada reseptorla (yaxud resepientlə) mətnin linqvistikası, leksik vahidlərin semantik-qrammatik çevrəsi, habelə onun praqmatik potensialı arasında əlaqə ən müxtəlif transformasiyaların köməyi ilə reallaşa bilər.


Baxış: 2790