DOI: https://doi.org/10.36719/2789-6919/45/17-21
Səadət Musayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-0772-9407
s.musayeva_ttm@mail.ru
Xankişi Məmmədov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-6978-3084
kankishimamedov_53@mail.ru
Texnologiya müəllimliyi ixtisası üzrə mütəxəssis hazırlığında folklordan istifadə imkanları
Xülasə
Bu araşdırmada texnologiya müəllimliyi ixtisası üzrə mütəxəssis hazırlığında folklordan istifadə imkanları araşdırılımış, “ətri eşidilən” deyimlərin bir qismi tədqiqata cəlb edilmişdir. O deyimlərdən ki, onların qədri, qiyməti bilənlər üçün çox bahadır. Bir Azərbaycan atalar sözündə deyilir ki, ucuz ətin şorbası olmaz. Bəs niyə ucuz ətin şorbası olmaz deyilir? Qeyd edilir ki, lap qədim zamanlarda bütün duru xörəklərin hamısı şorba adlanırmış. Bu xörəklərə bütün sulu xörəklər - bozbaş, xaş, borş, sup, düşbərə, küftə və s. aid imiş. O zamanlar bütün şorbalar ətdən, özü də yağlı ətdən hazırlanırmış. Lakin indi olduğu kimi o vaxt da yağlı ət yağsız ətlə müqayisədə çox baha qiymətə satılırmış. Ona görə deyiblər ki, ucuz ətin şorbası olmaz. Araşdırmada “şorba” adının XI əsrdə “mün” olduğu göstərilməklə, bu barədə M.Kaşğarinin məşhur “Divani lüğət-it-türk”, eləcə də prof. M.Hüseynovanın “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” və M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri” əsərlərində qeyd olunmuşdur. Tədqiqatda kimya elminə aid olan “inqredient” termininə də diqqət ayrılmış və göstərilmişdir ki, kimya elmi də məişətin alt çoxluğuna aid olan leksemlər qrupuna aiddir. Bu isə hər hansı bir məsələnin digər elmlərlə simbioz öyrənilməsinə, insanların dünyanı daha dərindən başa düşməsinə kömək etməsi deməkdir.
Açar sözlər: mətbəx, el deyimləri, inqredient, simbioz, şorba, borş, bozbaş