https://doi.org/10.36719/2706-6185/42/36-40

Nail Qasımzadə

Azərbaycan Memarlıq və İnşaat Universiteti

doktorant

nail.qasimzade@gmail.com

https://orcid.org/0009-0001-1311-4512

 

Tikinti sektorunda kredit alətlərinin nəzəri-metodoloji

əsasları: inkişaf və optimallaşdırma perspektivləri

 

Xülasə

Tikinti sektoru müasir iqtisadiyyatın ən mühüm elementlərindən biri olaraq, iqtisadi artım, məşğulluq və sosial inkişaf kimi əsas indikatorların formalaşmasında strateji əhəmiyyət daşıyır, bu isə maliyyə idarəetməsi və kredit alətlərinin sektorun dayanıqlı inkişafında əsas rol oynadığını göstərir. Bu məqalədə tikinti sektorunda kredit alətlərinin strukturunun və inkişaf mexanizmlərinin təhlili aparılmış, onların investisiya layihələrinin maliyyələşdirilməsi və sektorun dayanıqlı inkişafına təsirləri araşdırılmışdır. Təhlillər göstərir ki, kredit alətlərinin düzgün tətbiqi tikinti sektorunun maliyyə dayanıqlığını artırır və infrastruktur layihələrinin həyata keçirilməsində vacib rol oynayır. Kapital struktur nəzəriyyəsi və asimmetrik informasiya nəzəriyyəsinə əsaslanaraq kre­dit alətlərinin layihələrin səmərəliliyini artırmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyi müəyyən edilmişdir. Kredit rəqabət nəzəriyyəsinin prinsiplərinə əsaslanaraq sektorda maliyyə risklərinin idarə olunması və rəqabət mühitinin yaradılması üçün əlavə tədbirlərin görülməsi zəruridir. Lizinq mexanizmlərinin tətbiq sahəsindəki məhdudiyyətlər, onların yalnız kiçik və orta həcmli layihələr üçün uyğun olduğunu göstərmişdir, lakin iri layihələrdə geniş istifadə üçün əlavə həllər tələb olunur. Məqalədə verilən tövsiyələr sektorun maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübələrin tətbiqi üçün yeni perspektivlər təqdim edir. Eyni zamanda maliyyə alətlərinin diversifikasiyası ilə sektorda maliyyə sabitliyinin artırılması və risklərin minimuma endirilməsi yolları göstərilmişdir.

Açar sözlər: kredit alətləri, lizinq mexanizmləri, maliyyə dayanıqlığı, risklərin idarə olunması, investisiya layihələri


Baxış: 76