DOI: https://doi.org/10.36719/2663-4619/98/117-123
Flora Tağıyeva
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
flora-tagiyeva@mail.ru
Xatirə Cəfərova
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
khatira.cafarova@mail.ru
Dəstə Qasımova
Azərbaycan Tibb Universiteti
qasimovadasta@gmail.com
Pəri İsaqova
Azərbaycan Tibb Universiteti
isagovap@mail.ru
Şəlalə Əliyeva
Azərbaycan Tibb Universiteti
shalalaseyidova@gmail.com
TORCH – İNFEKSİYALARIN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
TORCH-infeksiyalara aiddir: T – toksoplazmoz (Toxoplasmosis); O – other və digər infeksiyalar; mikoplazmoz, xlamidioz, ureaplazmoz, B və C hepatitləri, listerioz, sifilis və s.; R – məxmərək (Rubella); C – sitomeqalovirus infeksiyası (Cytomegalovirus); H – herpes infeksiyası (Herpes simplex). Ana infeksiya mənbəyi hesab edilir. Yoluxma yolu – vertikal – transplasentar (hematogen) yol - anadan dölə cift vasitəsilə yoluxur. Çox vaxt viruslu infeksiyalar bətndaxili ötürülür.
Bu qrupa bir neçə infeksiyalar aid olmasına baxmayaraq, onların yoluxma yolları çox müxtəlifdir. Təmas və hava-damcı yolu, qidanın istifadəsi zamanı, qan və ya qeyri-steril tibb alətləri vasitəsilə, eləcə də cinsi yolla yoluxmaq olar. Xəstə insandan və ya törədicigəzdirən heyvandan (məsələn, toksoplazmozla) yoluxmaq olar.
TORCH-infeksiyalar ilə ilk aylarda yoluxma daha təhlükəli ağırlaşmalarla nəticələnir - dölün bütün orqan və sistemlərinə, xüsusilə də onun mərkəzi sinir sisteminə dağıdıcı təsir göstərir və uşağın MSS-nin nevroloji zədələnməsi riski artır. Döl üçün bu infeksiyalar yüksək təhlükə təşkil edir: məxmərək, toksoplazmoz və sitomeqalovirus, herpes. Ona görə TORCH-infeksiyalara görə müayinəni hamiləliyin baş verməsinə qədər - planlaşdırma mərhələsində və ya hamiləliyin mümkündürsə, daha erkən vaxtlarında aparmaq məqsədəuyğundur. Bətndaxili infeksiyaların profilaktikası qravidarönü hazırlığın (cütlüklərin hamiləliyə hazırlaşması dövrü) aparılmasından ibarətdir.
Açar sözlər: bətndaxili infeksiya (BDİ), hamiləlik, perinatal ölüm, TORCH-infeksiyalar
Flora Taghiyeva
Azerbaijan Medical University
PhD in medicine
flora-tagiyeva@mail.ru
Khatira Jafarova
Azerbaijan Medical University
PhD in medicine
khatira.cafarova@mail.ru
Dasta Gasimova
Azerbaijan Medical University
qasimovadasta@gmail.com
Peri Isagova
Azerbaijan Medical University
isagovap@mail.ru
Shalala Aliyeva
Azerbaijan Medical University
shalalaseyidova@gmail.com
Clinical and epidemiological features of TORCH – infections
Abstract
TORCH refers to infections: T – toxoplasmosis (Toxoplasmosis); O- other and other infections; mycoplasmosis, chlamydiosis, ureaplasmosis, hepatitis B and C, listeriosis, syphilis, etc.; R – rubella (Rubella); C – cytomegalovirus infection (Cytomegalovirus); H – herpes infection (Herpes simplex). The mother is considered the source of infection. The yolk sac – vertical – transplacental (hematogen) sac - passes from the mother through the placental cord. Viral infections are often transmitted internally.
Although several infections belong to this group, their ways of infection are very different. They can be transmitted by sexual contact, during the use of food, through blood or non-sterile medical instruments, or through sexual contact. They are infected with the disease from a person or from an infected dog (for example, with toxoplasmosis).
Infection with TORCH-infections in the first months results in more dangerous complications - the baby has a widespread effect on all organs and systems, especially its central nervous system (CNS), and the risk of neurological damage of the child's CNS increases. These infections pose a high risk for widows: measles, toxoplasmosis and cytomegalovirus, herpes. Therefore, it is advisable to carry out examination for TORCH-infections before pregnancy - at the planning stage or, if possible, earlier in pregnancy. Prevention of intrauterine infections consists of gravidarum preparation.
Keywords: intrauterine infection (ITI), pregnancy, perinatal syphilis, TORCH-infections
[attachment=5013]