DOI: https://doi.org/10.36719/2663-4619/118/133-137
İradə Qarayeva
Sumqayıt Dövlət Universiteti
https://orcid.org/0000-0002-8014-7090
iradeqarayeva71@gmail.com
Mahal Muradov
Sumqayıt Dövlət Universiteti
https://orcid.org/0000-0002-3026-386X
mailoglu@mail.ru
Müşkünaz Nəzərova
Sumqayıt Dövlət Universiteti
https://orcid.org/0000-0002-4096-9858
musgunaznazarova@mail.ru
Şəbnəm Qarayeva
Sumqayıt Dövlət Universiteti
https://orcid.org/0009-0000-8312-9587
shabnam-1983@mail.ru
Tullantı polistirolun termiki utilləşdirilməsi
Xülasə
Hər il 300 milyon tondan çox plastik kütlə istehsal olunur ki, bundan da müxtəlif çeşiddə plastik məhsullar alınır. Məlumdur ki,tullantı plastik məhsullar ətraf mühiti çirkləndirir,onların cəmi 9-10%-ə qədəri mexaniki üsulla təkrar emala verilir. Bu göstəricinin ekoloji davamlılıq baxımından aşağı olduğunu qeyd etmək olar. Qalan hissəsi ya yandırılır, ya da təbiətdə qalır – dənizlərdə, meşələrdə, torpaqda. Beləliklə, deyə bilərik ki, plastik kütlədən olan materiallar həyatımızın ayrılmaz hissəsinə çevrilib – qablaşdırmadan tekstilə, elektronikadan tibbi vasitələrə qədər hər sahədə onlara rast gəlirik. Qeyd ermək lazımdır ki, plastik tullantılar toplandıqca kimyəvi təkrar emala maraq artır ki, bu da təkcə materialın təkrar istifadəsinə deyil, həm də onu ilkin molekulyar formasına qaytarmağa imkan verir. Bu sıradan olan məhsullardan biri də polistroldur. Polistirol, termoplastik bir polimer olmaqla, müəyyən şərtlər altında depolimerləşmə üçün uygundur.
Ekoloji davamlılıq baxımından bu tullantıların təkrar emalı vacibdir. Polistirolun depolimerləşməsi zamanı stirolun monomerinə çevrilməsi, onun yenidən xammal kimi istifadəsinə imkan yaradır. Bu məqalədə polistirolun stirola çevrilməsi üsulları, əsasən termiki depolimerləşmə prosesi araşdırılır və bu prosesin mexanizmi, şərtləri, həmçinin praktik əhəmiyyəti izah olunur.
Polistirolun təkrar emalı həm ekoloji, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Açar sözlər: polistirol, stirol, temperatur, plastik tullantı, depolimerləşmə