Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/22-29

Nərminə Məmmədova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-5425-2818

narminamammadova@bsu.edu.az

 

Türk və ispan dillərində genderəməxsus nitqin mədəni özəllikləri və diskurs strategiyaları

 

Xülasə

 

Genderəməxsus dil xüsusiyyətlərinin mədəni müstəvidə təhlili müasir dilçilikdə və sosial elmlərdə mühüm yer tutur. Qloballaşma və multikulturalizm şəraitində fərqli mədəniyyətlərdə gender rollarının diskursa necə sirayət etməsi, cəmiyyətin sosial strukturu və dəyərləri ilə sıx bağlıdır. Türk və ispan cəmiyyətləri patriarxal və ailəmərkəzli modellərlə yanaşı, fərqli sosiallaşma yolları və dil strategiyalarını əks etdirir ki, bu da genderəsaslı diskursun müqayisəli araşdırılmasını aktuallaşdırır.

Bu tədqiqatda türk və ispan dillərində kişi və qadın diskursunun mədəni təsirlərlə necə formalaşdığı analiz olunur. Tədqiqatda dilin içindəki gender strukturlarının necə meydana gəldiyi, cinsiyyətə bağlı sosial və mədəni kodların nitqdə və ünsiyyət strategiyalarında necə ifadə olunduğu araşdırılır. Nəticədə, hər iki dildə qadın və kişi danışıq üslublarının emosional ifadə, nəzakət formaları, dominantlıq və empatiya meyilləri baxımından fərqli olduğu göstərilir.

Açar sözlər: genderəməxsus diskurs, mədəniyyət və dil, türk və ispan dilləri, kişi və qadın nitqi, sosial-mədəni kodlar


Baxış: 67