Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əsədova Fatma Ağası qızı
Açar sözlər: kurikulum, ümumtəhsil, tərəqqi, yeni yanaşma, konseptual sənət
Keywords: curriculum, general education, progress, new approach, conceptual art
Kлючевые слова: курикулум, общеобразовательный, процветание, новый подход, концептуальный документ

 

Hər bir ölkənin tərəqqisi,ilk növbədə həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, ilk növbədə, onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, yeganə təminatçısıdır.Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amıllərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın ədəbiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illər müxtəlif mübarizələrdən üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük sərvətimizdir. Ana dilimiz dövlət rəmzimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. 
Müasir Azərbaycanda dil siyasəti və dil quruculuğu sahəsində sistem yaradan, onu uğurla həyata keçirib başa çatdıran ulu öndər Heydər Əliyev, ali və orta məktədə, təhsilə və maarifə daim diqqət yetirirdi. O, dəfələrlə ali məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçirir, nöqsanları göstərir, təhsilin təkmilləşməsi imkanlarını müzakirə edir və perspektivlər müəyyənləşdirirdi


Baxış: 977