Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Səkinə Həbib qızı Vəliyeva 

Açar sözlər: nitq, nitqin ümumi inkişafdan qalması, qramatika,psixoloji-pedaqoji müayinə,loqopedik iş
Key words: speech, retention of speech from general development, grammar, psycho-pedagogical research, speech terapy work
Ключевые слова: речь, отставание от общего разития речи, грамматика, психолого-педагогическая экспертиза, логопедическая работа

Nitqin ümumi inkişafdan qalması müxtəlif çətinlikdə olan nitq pozulmasıdır, burada uşağın nitq sisteminin səs və məna tərəfinin bütün kompanentlərinin formalaşması pozulur. Bu nitq pozulması eşitməsi və intellekti olan uşaqlarda da müşahidə edilə bilər. Belə ki, eşitmə və intellektin normal olmasına baxmayaraq, bu uşaqlarda nitqin gecikməsi, söz ehtiyatının kasadlığı, aqrammatizim, tələffüz və fonematik inkişafdan geri qalma müşahidə olunur.
Nitq pozulmalarının  müxtəlifliyinə baxmayaraq, bu cür uşaqlarda müxtəlif cür xüsusiyyətlər özünü göstərir. Əlamətlərdən biri nitqin inkişafdan qalmasıdır. İlk sözlər 3-4, bəzən isə 5 yaşda tələffüz edilir. Belə hallarda əlbəttə ki, intellektin inkişafdan qalması müşahidə edilir.

Baxış: 1661