Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Tağıyeva Jalə Elçin qızı 
Açar sözlər: Məktəbəqədər təhsil, estetik tərbiyə, şəxsiyyət, bacarıq və qabiliyyətlər
Key words: Preschool education, aesthetic education, personality, kill and abilities
Ключевые слова: Дошкольное образование, эстетическое воспитание, личность, умения и способности
 

Müasir dövr məktəbəqədər təhsilin qarşısında mühüm vəzifələr qoymuşdur. Kiçik yaşlardan başlayaraq uşaqların şəxsiyyət kimi formalaşması üçün müəyyən bacarıqlar aşılanmalıdır. Bu bacarıqlar onların cəmiyyətdə sosiallaşmasına, vətəndaş kimi yetişməsində böyük rol oynayır. Eyni zamanda şəxsiyyətin formalaşmasında estetik tərbiyənin rolu xeyli artmışdır.
Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
Məktəbəqədər təhsil müəssisələrində estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter daşıyır. Uşaqlarla estetik məzmunlu məşğələlər – təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqi – didaktik oyunlar keçirilir, bayram və əyləncələr yüksək estetik formada təşkil edilir.


Baxış: 4258