Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2019/47/137-139
Müəllif: Səmayə Akif qızı Quliyeva

Açar sözlər:   şifahi nitq, nitq prosesi,  dialoji nitq, nitq vərdişləri,  sosiomədəni faktor
Key words:   oral speech, speech process, dialogue speech, speech habits, sociocultural factor
Ключевые   слова:  устная речь,  речевой процессдиалогическая речьречевые привычкисоциокультурный фактор

İlk olaraq üzərində düşünəcəyimiz məsələ odur ki, nə üçün əksər orta məktəb şagirdləri təhsillərini tam bitirdikdən  sonra da xarici dildə ünsiyyət qura bilmirlər, halbuki uzun illər xarici dil bu şagirdlərə qəbul edilmiş proqram əsasında tədris olunmuşdur. Onlar  imtahanlardan  uğurla  keçdiklərinə baxmayaraq, yerli dil daşıyıcıları ilə ünsiyyətə girə bilmirlər. Buna səbəb olan birinci amil budur ki, tədris proqramında əsasən yazılı mətnlərin tərcüməsi, dərslikdən tapşırıqların edilməsi və ya hazır dialoqların əzbərlənməsi üstünlük təşkil edir. Digər səbəb isə sinifdə ana dilində ünsiyyətə üstünlük verilməsidir.  Xarici dilin tədrisinə ayrılan dərs saatlarının azlığı, həmin mühitdə xarici dilin işlənməməsi, xarici dildə kommunikativ və dərketmə (anlama) vərdişlərinin kifayət qədər inkişaf etdirilməməsi milli məktəblərdə  xarici dilin tədrisinə mənfi təsir göstərir.



Baxış: 1057