Günel Aslanova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
lenug03@gmail.com
XALÇAÇI-RƏSSAM HACI ELDAR MİKAYILZADƏ YARADICILIĞINDA
“ŞƏKİ XALÇA QRUPU”NUN TƏHLİLİ
Xülasə
Sənətkarın “Şəki xalçaları” silsiləsini dəyərləndirməli olsaq, öncə müəllifin gələcək çeşnilərinin bədii tutumunu təşkil edəcək təsvir və naxışların seçimində bilavasitə yerli mühitin bədii qaynaqlarına tapındığını qeyd etməliyik. On üç xovlu xalçanın məna-məzmun yükünü Şəkidəki iki məşhur tikilinin – Şəki Xan sarayının və Hüseyn xan imarətinin (Şəkixanovların evi) interyerində istifadə olunmuş tərtibat ünsürləri təşkil edir.
Bədii tutumlu ayrıntıları klassik xalça çeşnilərinin estetikası ilə uzlaşdıran Eldar Mikayılzadə məlum kompozisiyaların estetikasına yeni çalarlar əlavə etməklə, ənənəviləşən bədii həllin müasir səslənməsinə nail olmuşdur. Müxtəlif ölçülü bu kompozisiyaların adlarında da klassik irsə bağlılıq duyulmaqdadır.
Kompozisiyanın bədii həllində miniatür üslubu estetikasından istifadə olunan və memarlıqla uğurlu sintez təşkil edən bu ünsürlər ifadə “dili”nə görə xalça dekorativliyinə də uyğun gəldiyindən, yeni toxuculuq nümunələrində onların cəlbedici və təsirli bədii dominanta çevrilmələrinə nail olunmuşdur.
Bu mənada Şəki Xan sarayındakı döyüş səhnələrinin, fauna və flora ilə bağlı naxış-ayrıntıların, eləcə də Hüseyn xan imarətindəki Adəmlə Həvvanın təsvirlərinin və şəbəkə ünsürlərinin Şəki xalçalarının mərkəzi hissəsində və haşiyələrində məntiqli istifadəsinin onların uğurunun təminatçısına çevrildiyini xüsusi vurğulaya bilərik.
Açar sözlər: xalça, Şəki Xan sarayı, Şəkixanovların evi, döyüş səhnələri, flora və fauna ilə bağlı ornamnetlər
Gunel Aslanova
Azerbaijan State University of Culture and Arts
master student
lenug03@gmail.com
Analysis of "Shaki carpet group" in the creation of carpet maker-artist
Haji Eldar Mikayilzade
Abstract
If we have to evaluate the artist's "Shaki carpets" series, we must first note that the author directly found the artistic resources of the local environment in the selection of images and patterns that will form the artistic capacity of his future sketch. The meaning-content load of the thirteen-pile carpet is made up of design elements used in the interior of two famous buildings in Sheki - Sheki Khan's palace and Huseyn Khan's mansion (Shekikhanov's house).
Eldar Mikayilzadeh, who reconciled the artistic details with the aesthetics of classical carpet textures, added new shades to the aesthetics of known compositions and achieved a modern sounding of the traditional artistic solution. In the names of these compositions of different sizes, the connection to the classical heritage can be felt. Since these elements, which are used in the artistic solution of the composition in miniature style aesthetics and form a successful synthesis with architecture are suitable for carpet decoration due to their "language" of expression, they have been transformed into an attractive and effective artistic dominant in new textile samples. In this sense, we can emphasize that the logical use of battle scenes in Sheki Khan's palace, patterns and details related to fauna and flora, as well as images of Adam and Eve in Huseyn Khan's mansion and network elements in the central part and borders of Sheki carpets became the guarantors of their success.
Keywords: carpet, Sheki Khan's palace, Shekikhanov's house, battle scenes, ornaments related to flora and fauna