https://doi.org/10.36719/2789-6919/40/52-55
Türkan İsmayıllı
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
ismayilliturkanmehrac@gmail.com
https://orcid.org/0009-0009-1687-6203
Xarici dil biliklərini ölçmə və dəyərləndirmə
Xülasə
Təhsil prosesinin ən mühüm mərhələlərindən biri ölçmə və qiymətləndirmədir. Geribildirim mənbəyi kimi qiymətləndirmə xarici dilin öyrənilməsi prosesində vurğulanmalı olan mövzudur. Xarici dilin tədrisi prosesi dinamikdir və dəyişikliklərə açıqdır. Bu prosesi istiqamətləndirən, dəyişikliklər yaradan əsas amillərdən biri elmi toplantılarda qeydə alınan inkişaflardır. Xarici dil tədrisi prosesinin hər bir elementinə təsir edən bu istiqamətdəki inkişaflar ölçmə və qiymətləndirmə mərhələsinə də birbaşa təsir göstərir. Dəyişikliklərə uyğun olaraq ölçmə və qiymətləndirmə texnika və vasitələrinin fərqləndirilməsi bunun təbii nəticəsidir. Təklif olunan yeniliklərin nəzəri səviyyədə tətbiqlərdə əks olunması zəhmət tələb edən prosesdir. Məqalə ölçmə və qiymətləndirmə problemlərindən bəhs edir.
Açar sözlər: ölçmə, qiymətləndirmə, innovasiya, dəyərləndirmə, metod və üsullar, dil mənimsəmə