Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/100/54-61

Fizzəxanım Nurizadə

            Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

fizzamazahirova@gmail.com

                                                                                                   

XX ƏSR MEMARLIĞI, DÖVRÜN TANINMIŞ MEMARLARI


Xülasə

XX əsrdə Azərbaycan memarlığı daha da inkişaf etməyə başladı. Azərbaycan memarlığında yeni bir mərhələ başladı. Milli memarlıq ənənələri Avropa üslubu ilə birləşərək əzəmətli və möhtəşəm abidələr ərsəyə gətirdi. XX əsrdə memarlıqda geniş yayılmış istiqamət Le Korbuzye tərəfindən yaradılmış konstruktivizm idi. Memarlıqda daş və ağaclardan deyil, şüşə və dəmir-beton konstruksiyalardan istifadə edilir. Konstruktivizmin 5 prinsipi geniş istifadə olunur: sütunlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiyası, zolaqvari pəncərələr, düz terras, kontruksiya daxilində sərbəst planlaşdırma. Bu istiqamətin Azərbaycanda əsas nümayəndəsi Mikayıl Hüseynov olmuşdur. Mikayıl Hüseynov Bakıda yerləşən bir çox memarlıq nümunələrinin müəllifi olmuş, XX əsr milli memarlıq tarixində xüsusi  yer tutmuşdur.  

XX əsrdə artıq irihəcmli tikililər, 2, 3 mərtəbəli binalar inşa olunurdu.  Bakıda həm yerli, həm avropalı memarlar işləyirdi. Buda öz növbəsində memarlığın inkişafına müsbət təsir göstərmişdi. XX əsrdə artıq metro stansiyalar yardılmağa başladı. İlk dəfə dənizdə, polad dirəklər üzərində Neft Daşları şəhərciyi salındı. XX əsrdə Mikayıl Hüseynov, Sadiq Dadaşov, Altay Mir-Bağırov, H.Qədimov, Ş.Zeynalova və s kimi yerli, İ.K.Ploşko kimi avropalı memarlar yaşayıb yaratmışdılar. 

XIX – XX əsrdə Azərbaycan memarlığına yeniliklər gətirən bir çox memarlar haqqında danışa bilərik. Bakıda həm yerli həm də avropalı memarlar yaşayıb yaratmışdılar. Hətta bir çoxlarının inşa etdiyi memarlıq abidəsi hələdə ölkəmizi bəzəyir. Avropada təhsil almış azərbaycanlı memarlar avropalı memarlar ilə birlikdə  Azərbaycanda  çox gözəl işlər ərsəyə gətirmişdilər  

Açar sözlər: XX əsr memarlığı, memarların həyat və yaradıcılığı, konstruktivizm, yeni üslublar, metro stansiyalar, Neft Daşları layihəsi


Fizzakanim Nurizada

Azerbaijan State University of Culture and Arts

master student

fizzamazahirova@gmail.com

20th century architecture, famous architects of the time


Abstract

Azerbaijani architecture began to develop further in the 20th century. During this period, a number of innovations appeared. A new stage begins in Azerbaijan’s architecture. National architectural traditions combining with European style create magnificent and perfect monuments. In the 20th century, a widespread trend in architecture was constructivism, created by Le Corbusier. Glass and reinforced concrete structures are used in architecture, replacing stones and trees. There are mainly 5 principles of constructivism that are widely used: building standing on columns, free composition of the facade, strip windows, flat terrace, free planning within the structure. Mikayil Huseynov was the main representative of this trend in Azerbaijan. Mikayil Huseynov was the author of many architectural examples located in Baku, and occupied a special place in the history of national architecture of the 20th century.

In the 20th century, large-scale buildings, 2 and 3 floored buildings were built. Both local and European architects worked in Baku. And this in turn, had a positive impact on the development of architecture. In the 20th century, subway stations began to be built. For the first time, an oil rig was built on steel poles in the sea. Local architects such as Mikayil Huseynov, Sadiq Dadashov, Altay Mir-Bagyrov, H.Gadimov, Sh.Zeynalova, etc., and European architects such as I.K.Ploshko lived and created in the 20th century.

We can talk about many architects who brought innovations to Azerbaijani architecture in the 19th - 20th centuries. Both local and European architects lived and created in Baku. Even the architectural monument built by many people still decorates our country. Azerbaijani architects who studied in Europe created many beautiful works in Azerbaijan together with European architects

Keywords: 20th century architecture, life and creativity of architects, constructivism, new styles, subway stations, Oil Stones project


Baxış: 416