Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Seyidova Günay Akif qızı 
Açar sözlər: tədris, ənənəvi tədris, aktiv təlim 
Key words: education, traditional education, active learning
Ключевые слова: обучение, традиционное образование, активное учение
 

Hər bir cəmiyyətin fasiləsiz dəyişməsi tarixən mövcud olan proses olub, müasir dövr, sosial-iqtisadi sistemin inkişafı, yüksəliş, tənəzzül və inkişaf qanunauyğunluqları ilə bağlıdır. İnkişaf prosesləri tarixi zamanda baş verən kəmiyyət, keyfiyyət və struktur dəyişiklikləri ilə ifadə olunur. Bu da eyni zamanda innovasiyalı proseslərin tədqiqi zamanı müəyyən obyektiv, sistemli qanunauyğunluqların nəzərə alınmasını gündəmin vacib vəzifəsinə çevirir. Belə ki, innovasiyalar, onların yaranması və istifadəsi də cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarından biri kimi çıxış edir. 
Bugün cəmiyyətimiz köklü islahatlar siyasətinin şahididir. Cəmiyyətimizin bütün sahələrində innovasiyaların genişləndirilməsi və istifadəsinin sürətləndirilməsi məqsəd ilə bütün istiqamətlərdə motivasiya edici mexanizmlərin işlənib-hazırlanmasına başlanılmışdır.


Baxış: 960