Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Fərqanə Elşən qızı Qafarova
Açar sözlər: cəmiyyət. Iqtisadiyyat, iqtisadi informasiya, yalnış informasiya, informasiya münasibətləri
Key words: society, economics, economic information, false information, informational relations.
Ключевые слова: общество, экономиченская информация, ложная информация, информационные отношения
 

İnformasiya insana onun hissi qavrayışları və təsəvvürləri sayəsində çatır. İnformasiya bütün hallarda mənbə və istehlakçının, yəni, qəbul edənin mövcudluğunu nəzərdə tutur. Müəssisələrdə idarəetmə prosesi nəzərdən keçirilərkən informasiya anlayışı kimi müəyyən məlumatlar nəzərdə tutulur. İstifadə obyektindən asılı olaraq müxtəlif tip informasiyalar mövcuddur. Bunlardan biri də iqtisadi informasiyadır. İqtisadi informasiya idarəetmə məqsədi üçün təyin olunur. İqtisadi informasiya özü də müxtəlif cür olur. O ya artıq baş vermiş, ya da gələcəkdə baş verəcək iqtisadi prosesləri özündə əks etdirir. Keçmişdə baş vermiş hadisə barədə danışılarsa hesablama ilə əlaqədar informasiya nəzərdə tutulur. Əgər, əksinə gələcəkdə baş verəcək proseslə bağlıdırsa bu zaman artıq planlaşdırma ilə bağlı informasiyadan istifadə olunur. 
İqtisadi informasiyanın mühüm xüsusiyyətlərindən biri də assimmetriyadır. Belə ki, müqavilə bağlayan tərəflər müqavilənin şərtləri barədə heç bir zaman eyni fikirdə, eyni informasiyaya malik olmurlar. Bu obyektiv xassədir. Çünki müqavilənin şərtlərini hər kəs öz istədiyi kimi yozur. Məsələn qiymətli kağızlar bazarında satıcı satışı, alıcı isə alışı faydalı hesab edərək alqı-satqı münasibətinə girir.


Baxış: 1078