https://doi.org/10.36719/2789-6919/42/109-112
Ülfət Mikayılov
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-0234-2495
ulfetmikayilov55@gmail.com
Yaşlı insanlar arasında yıxılmaların tezliyinin azaldılmasına yönəldilmiş tədbirlərin effektivliyinin qiymətləndirilməsi
Xülasə
Məqalədə yaşlı insanlar arasında yıxılmaların tezliyinin azaldılmasına yönəldilmiş tədbirlərin effektivliyi qiymətləndirilmişdir. Qocalma prosesi yaşlı insanları dünyada sürətlə artan yaş qrupunu – xəsarət riskinin yüksəlməsi ilə üz-üzə qoyur. Yıxılmaların qarşısını alma tədbirləri bir komponentli müdaxilələri əhatə edə bilər və ya iki və ya daha çox müxtəlif müdaxilə növlərinin (məsələn, məşqlər və dərmanların nəzərdən keçirilməsi) birləşməsindən ibarət ola bilər. Onları ümumilikdə iki əsas qrupa ayırmaq olar: 1. fərdi risk qiymətləndirilməsinə əsasən komponent müdaxilələrin dəyişdiyi çoxfaktorlu müdaxilələr; 2. hər kəsə eyni komponent müdaxilələrin tətbiq olunduğu çoxkomponentli müdaxilələr.
Qrup şəklində və evdə həyata keçirilən məşqlər, həmçinin evdə təhlükəsizliyin təmin olunmasına dair tədbirlər yıxılma tezliyini və yıxılma riskini azaldır. Çoxfaktorlu qiymətləndirmə və müdaxilə proqramları yıxılma tezliyini azaldır, lakin yıxılma riskini azalda bilmir. Ümumiyyətlə, D vitamini əlavələrinin qəbul edilməsi yıxılma tezliyini azaltmır, lakin müalicədən əvvəl D vitamini səviyyəsi aşağı olan insanlar üçün effektiv ola bilər.
Açar sözlər: travma, yaşlı insanlar, müdaxilə, xəstə, travmanın nəticəsi, həyat itkisi