Arxiv
Elmi iş - 2024
Nicat Çingiz oğlu Qarayev
Azərbaycan Texniki Universiteti
dissertant
nijatgv@gmail.com
YENİ NƏSİL ŞƏBƏKƏLƏRİNDƏ XİDMƏT KEYFİYYƏTİNİN TƏMİN
EDİLMƏSİNİN MODELLƏRİ VƏ METODLARI
EDİLMƏSİNİN MODELLƏRİ VƏ METODLARI
Xülasə
NGN telekommunikasiya xidmətlərinin xidmət keyfiyyətinin qiymətləndirilməsi məsələsinə növbəti nəsil şəbəkələrində baxılıb. Xidmət keyfiyyətinin təmin edilməsi üçün model və metodların işlənib hazırlanmasının aktuallığı əsaslandırılmışdır. Xidmətin keyfiyyətini təmin etmək, istifadəçilərin şəbəkə və xidmətlərlə qarşılıqlı əlaqəsini qurmaq məqsədilə NGN şəbəkələrinin üçpilləli modeli təklif olunub. Telekommunikasiya xidmətlərinin ümumi qavrayış keyfiyyəti, xidmət keyfiyyəti və şəbəkə fəaliyyətinin keyfiyyəti təhlil edilib, onların subyektiv və obyektiv qiymətləndirilməsi aparılıb. Formalaşdırılmış məhdudiyyətlərə əsaslanan keyfiyyət təminatının riyazi modelləri və üsulları təklif edilmişdir.
Açar sözlər: NGN şəbəkələri, telekommunikasiya xidmətləri, qavrama key-fiyyəti, xidmət keyfiyyəti, şəbəkənin fəaliyyət keyfiyyəti, keyfiyyət reytinqi, orta ekspert reytinqi
Baxış: 690