Arxiv
Elmi iş - 2024
Şairə Əli qızı Quliyeva
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
sairequliyeva001@gmail.com
Yasin Ramid oğlu Aslanov
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
aslanov.yasin@inbox.ru
Kənan Ədalət oğlu Məmmədov
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
kananmemmedov76@mail.ru.
Elmira Həmid qızı Əliyeva
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
elmiraliyeva 405@mail.ru
YUBİLEY VƏ GÜMÜŞÜ ADLER QUŞ CİNSİ XƏTLƏRİNİN XORUZLARININ YERLİ
TOYUQLARLA ÇARPAZLAŞDIRILMASINDA MƏHSULDARLIĞIN ÖYRƏNİLMƏSİ
TOYUQLARLA ÇARPAZLAŞDIRILMASINDA MƏHSULDARLIĞIN ÖYRƏNİLMƏSİ
Xülasə
Tədqiqatın gedişində qarşıda duran vəzifəni yerinə yetirmək məqsədilə yerli populyasiyalardan olan toyuqlarla çarpazlaşdırma aparmaq üçün yumurtalıq-ətlik istiqamətli, yüksək məhsuldar Yubiley Kuçinsk və Gümüşü Adler (Susex) cinsinin genetik potensialından istifadə edilmiş, müxtəlif cinslərdən olan toyuqlar arasında çarpazlaşdırma həyata keçirməklə alınan bir neçə nəsil cücələr üzərində tədqiqat işi davam etdirilmişdir.
Nəzarət qrupundakı toyuqların inkubasiya göstəriciləri cinsə xarakterik olan göstəricilərdən (cücə çıxımı faizi 75-80%) ciddi surətdə fərqlənmir.Təcrübə qrupunda isə bu göstərici nəzarət qrupunun toyuqlarına nisbətən 9,6% yüksək olmuşdur. Bunu hər iki cinsin xoruzlarının daha yüksək cinsi aktivliyə malık olması ilə əlaqələndirmək olar.
Tədqiqatın gedişində ana sürü toyuqları üzərində nəzarət təşkil olunmuş məhsuldarlıq və damazlıq keyfiyyətləri öyrənilmişdir.150 günlük təcrübə dövrü ərzində (may-oktyabr) yaşlı toyuqlardan əldə olunmuş yumurta məhsuldarlığının uçotu aparılmış və yumurta məhsuldarlığına aid göstəricilər qeydə alınmışdır.
Açar sözlər: populyasiya, hibrid, çarpazlaşdırma, xətt, inkubasiya, canlı kütlə, cücə çıxımı
Shaira Ali Guliyeva
Yasin Ramid Aslanov
Kanan Adalat Mammadov
Elmira Hamid Aliyeva
Learning the productivity of the rooster lines of
Jubilee and Silver Adler bird breed by crossing with local hens
Jubilee and Silver Adler bird breed by crossing with local hens
Abstract
The genetic potential of high-yielding egg-meat-oriented Kuchinsk and Silver Adler (Susex) breeds were used for crossbreeding chickens from local populations and the research on several generations of chickens was proceeded by crossbreeding among chickens of different breeds.
The incubation rates of chickens in the control group did not differ significantly from the specification of breed indicators (hatching 75-80%). In the experimental group, this figure was 9.6% higher than in the control group. This can be related to the fact that roosters of both breeds have higher sexual activities.
In the course of the study, the productivity and breeding qualities of hens were studied. During the 150 days of experiment (May-October), the egg productivity of adult chickens was reported and indicators of the egg productivity were recorded.
Keywords: population, hybrid, crossbreeding, line, incubation, live mass, hatching
Baxış: 464