Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Aynur QULİYEVA

1967-ci ildə çapdan çıxan bu romanı Pablo Neruda «Don Kixot»dan sonra ispan dilində yazılan ən yaxşı əsər adlandırıb. Yazıçının vətənində «Yüz ilin tənhalığı» bir o qədər yaxşı qarşılanmamışdı, ona qədər yazıçının özünün dediyi kimi «dörd şagird dəflərinin», yəni artıq dörd kitabın müəllifi olan Q.Markesi adi, «sıravi» ədiblərdən sayırdılar. Lakin, roman Avropada, daha doğrusu, Fransada çap olunandan sonra tənqidçilər, ədəbiyyatşünaslar belə bir romanı kimin yazdığı ilə maraqlanır, istər forma, istər məzmun cəhətdən qeyri-adi, gözlənilməz təsir bağışlayan bu romanın müəllifini, onun yaradıcılığını daha yaxından tanımağa, cəhd göstərirdilər. Tanınmış, bu gün Cənubi Amerika ədəbiyyatının fəxri sayıla biləcək bir çox məşhur yazıçılar kimi Qabriel Markesə də şöhrət Avropadan gəldi. Parisin ədəbi mühiti olmasaydı, bu gün qələminin qüdrəti ilə öyün düyümüz Q.Markes bəlkə də olmazdı. Çünki, 1952-ci ildə Q.Markes “Xəzəl yarpaqlar» romanını Argentinanın “Losada” nəşriyyatına göndərmişdi və 20-30-cu illər ispan avanqardçılarımn nəslindən olan bir yazıçı həmin romana mənfi rəy yazıb gənc müəllifə bu günkü dünya şöhrətli Q.Markesə yazıçılığı bir qırağa qoyub, başqa bir sənətin qulpundan yapışmağı məsləhət görmüşdü. 

Baxış: 991